Gürcüstan–İspaniya münasibətləri — Gürcüstan Respublikası və İspaniya arasındakı mövcud ikitərəfli münasibətlər[1]. Gürcüstanın Madriddə bir səfirliyi, Barselona və Sevilyada isə konsulluğu vardır[2]. İspaniyanın Gürcüstanda səfirliyi yoxdur, ancaq Türkiyənin Ankara şəhərindəki səfirlik Gürcüstan üçün də akkreditə olunmuşdur. İspaniyanın Tiflisdə bir konsulluğu var[3]. Hər iki ölkə Avropa Şurasının üzvüdür.
Gürcüstan–İspaniya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İspaniya Gürcüstan Respublikası ilə diplomatik əlaqələrini 1992-ci ildən bəri davam etdirir. Gürcüstanın 2005-ci ildən bu yana Madriddə diplomatik nümayəndəliyi var, lakin İspaniyanın Tiflisdə daimi səfirliyi yoxdur. İspaniyanın Ankaradakı səfirliyi çoxsaylı akkreditasiyaya malikdir[4].
2014-cü ildə Gürcüstan iqtisadiyyatı 4.8% böyümüşdür. İstehlak, xüsusi sərmayə və ixracatdakı canlanma sayəsində inkişaf baş tutur. Maliyyə sektorunda müəyyən struktur zəifliklər qalmaqdadır (yüksək dollarlaşma, qısamüddətli likvidlik və yüksək bank sektoru konsentrasiyası). Böyüməyə ən çox töhfə verən sektorlar inşaat, pərakəndə satış və istehsaldır.
Gürcüstan iqtisadiyyatında müsbət bir təkamül görndüyü halda, lakin yenə də orta müddətli proqramında olduğu kimi iqtisadi böyüməni sürətləndirməyə və daha əhatəli hala gətirməyə, iş yerləri açmağa və eyni zamanda pul siyasətini gücləndirməyə imkan verəcək struktur islahatlarına ehtiyac duyulur. Çevik valyuta məzənnəsi, güclü valyuta ehtiyatları və inflyasiya tavanının qorunub saxlanılması yolu ilə kredit siyasəti buna misaldır.
Yoxsulluq dərəcələri son beş ildə xeyli azalmış, 2012-ci ildə yoxsulluq səviyyəsi 3.7 % (son məlumatlar) olmuşdur. Halbuki kənd yerlərində hələ də nisbi yoxsulluq mövcuddur. Bu azalma əsasən sosial yardım siyasətinə görədir. İqtisadi əlaqələr məhdud olsa da xarici investisiyalar üçün iqlimin əhəmiyyətli dərəcədə yaxşılaşması ilə cəlb olunan İspan şirkətlərinin marağı artmaqdadır. 1 iyul 2011-ci ildən etibarən Gürcüstan və İspaniya arasında ikiqat vergitutmanın aradan qaldırılması barədə Saziş qüvvədədir. 10 və 11 mart 2014-cü il tarixlərində İspaniya və Gürcüstan iki Anlaşma Memorandumu (Anlaşma) imzalamışdır: İqtisadi Əməkdaşlıq Memorandumu və Turizm Anlaşması.
2014-cü ildə İspaniyanın Gürcüstandan idxalatı 25,4 % azalma ilə 58,8 milyon avro (2013-cü ildə 78,8 milyon avro), Gürcüstanın İspaniyadan idxalatı isə 81,43 milyon avroya çatmışdır (2013-cü ildə 32 milyon avro). Bu da son illərin ən böyük artımını göstəricisidir (177,7 %)[5]