Gürcüstan–Yaponiya münasibətləri

Gürcüstan–Yaponiya münasibətləriYaponiyaGürcüstan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik münasibətlər 3 avqust 1991-ci ildə, Gürcüstanın müstıəqilliyini elan etməsindən bir gün sonra qurulmuşdur[1]. Yaponiya Tiflisdəki səfirliyini ancaq 2009-cu ildə açmışdır.

Gürcüstan–Yaponiya münasibətləri
Yaponiya və Gürcüstan
 Yaponiya  Gürcüstan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqtisadi əlaqələr və maliyyə yardımları

[redaktə | mənbəni redaktə et]

Yaponiya Gürcüstana iqtisadi və mədəni inkişafın müxtəlif layihələrinin həyata keçirilməsində maliyyə yardımı göstərir. İki ölkə arasındakı ticarət balansı əsasən Yaponiyanın xeyrinədir. Yaponiyadan Gürcüstana əsasən avtomobil və sənaye məhsulları, Gürcüstandan Yaponiyaya isə ərzaq və kimyəvi maddələr ixrac olunur.

Hərbi əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

2011-ci ilin fevral ayında Gürcüstan Xarici İşlər Nazirinin müavini Nikoloz Vaşakidze Yaponiya Müdafiə Nazirliyinin Müdafiə Siyasəti Bürosunun xarici işlər üzrə baş direktoru Hiroşi Oe ilə görüşmüşdür. Görüşdə tərəflər Gürcüstan və Yaponiya arasında hərbi əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmişdilər[2].

Yaponiyanın Cənubi Osetiya və Abxaziya brəsindəki rəsmi bəyanatları

[redaktə | mənbəni redaktə et]

Yaponiya Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya olan ərazi iddialarını dəstəkləyir. 27 avqust 2008-ci ildə Yaponiyanın Xarici İşlər Naziri Masahiko Kumura, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini rəsmi olaraq tanımasından sonra Gürcüstanın ərazi bütövlüyünü tam dəstəkləyən rəsmi bir bəyanat vermişdir[3]. 2014-cü ilin oktyabrında Yaponiya və Gürcüstan "Sülh və Demokratiya Üçün Həmrəylik" adlı bir bəyanat verdilər: "Hər iki tərəf suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq Abxaziyanın işğal edilmiş bölgələrində və Cənubi Osetiyanın Tsxinvali bölgəsində münaqişənin sülh yolu ilə həll edilməsinə dair fikirlərini bölüşürlər. Münaqişənin Gürcüstan beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində həlli Dünya və Cənubi Qafqazda sülh və sabitliyin qorunması üçün vacib olduğu vurğulanmışdır[4]. Yaponiyanın Gürcüstandakı səfirliyinin 1 mart 2017-ci il tarixli açıqlamasında "Gürcüstanın işğal olunmuş bölgələri: Cənubi Osetiyanın Tsxinvali bölgəsi və Abxaziya" mövzusunda mövqeyi təsdiqləndi[5].

Qarşılıqlı səfərlər

[redaktə | mənbəni redaktə et]

1999-cu ilin martında Gürcüstan Prezidenti Eduard Şevardnadze[1] və 2007-ci ilin martında Prezident Mixeil Saakaşvili Yaponiyaya rəsmi səfərlər etdilər[6].

Gürcüstan-Yaponiya sammiti, 2014

2014-cü ilin oktyabrında Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Tokioya işgüzar səfər etmişdir. Görüşdə Yaponiyanın baş nazir Şinzo Abe Gürcüstanın Yaponiya ilə eyni əsas dəyərləri bölüşdüyünü və hər iki liderin Gürcüstanın ərazi bütövlüyünü, iki ölkə arasında iqtisadi əlaqələri gücləndirdiyini və ümumi inkişaf hədəflərini təyin etdiyini dəstəkləyən ortaq bir bəyanat verdiyini söylədi[7].

Diplomatik əlaqələr

[redaktə | mənbəni redaktə et]

Gürcüstanın Yaponiyadakı səfirləri

[redaktə | mənbəni redaktə et]
David Nozadze (2006–2008)[8]

İva Macavariani (2008–2009)[8]

Revaz Beşidze (2010–2013)[8]

Levan Sinsadze (2014-)[8]

Yaponiyanın Gürcüstandakı səfirləri

[redaktə | mənbəni redaktə et]
Yaponiyanın Tiflisdəki səfirliyi (2012-ci il)

Sumio edamura (Moskvadakı rezidensiya, 1992–1994)

Kodzi Batanabe (Moskvadakı rezidensiya, 1994–1996)

TakeHiro Toqo (Moskvadakı rezidensiya, 1996–1999)

Minoru Tamba (Moskvadakı rezidensiya, 1999–2000)

Tesuya Hirose (Bakıdakı rezidensiya, 2000–2002)

Tosiyuki Fudzivara (Bakıdakı rezidensiya, 2002–2004)

Tadahiro Abe (Bakıdakı rezidensiya, 2004–2007)

Masamisu Oki (Bakıdakı rezidensiya, 2007–2009)

Masayosi Kamoxara (2009–2012)

Tosio Kaitani (2013–2017)

Tadaharu Uexara (2017-)

  1. 1 2 "Relations between Georgia and Japan". Embassy of Georgia to Japan. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 May 2011.
  2. "Грузия и Япония обсудили перспективы сотрудничества в сфере обороны". Trend. 2011-02-04. 2018-11-14 tarixində arxivləşdirilib.
  3. MOFA: Statement by Foreign Minister Koumura on Russia's Recognition of the Independence of South Ossetia and Abkhazia Arxivləşdirilib 2019-11-02 at the Wayback Machine — August 27, 2008
  4. "Joint Statement between Japan and Georgia on "Solidarity for Peace and Democracy"" (PDF). Ministry of Foreign Affairs of Japan. 24 October 2014. səh. 3. 17 September 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 March 2017.
  5. "Statement of the Embassy of Japan in Georgia" (PDF). Embassy of Japan in Georgia. 1 March 2017. 2 March 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 March 2017.
  6. "М. Саакашвили в Японии обсуждает двусторонние отношения". Civil Georgia. 2007-03-09. 2018-11-14 tarixində arxivləşdirilib.
  7. Visit to Japan by H. E. Mr. Giorgi Margvelashvili, President of Georgia | Ministry of Foreign Affairs of Japan Arxivləşdirilib 2019-09-05 at the Wayback Machine - October 25, 2014
  8. 1 2 3 4 "Search - Embassy of Georgia to Japan". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-14.