Gürcüstan Aqrar Universiteti (gürc. საქართველოს აგრარული უნივერსიტეტი) — Gürcüstan ərazisində fəaliyyət göstərən özəl ali təhsil ocağı. Universitet 1929-cu ildən fəaliyyət göstərir və Gürcüstanın kənd təsərrüfatı sahəsində təhsil verən yeganə universitetidir.
Gürcüstan Aqrar Universiteti | |
---|---|
აგრარული უნვიერსიტეტი | |
41°48′20″ şm. e. 44°46′05″ ş. u.HGYO | |
Şüar | SCIENTIA • LABOR • LIBERTAS |
Əsası qoyulub | 1929 |
Şəhər | Tiflis |
Ölkə | |
Sayt | agruni.edu.ge |
Gürcüstanda sürətlə inkişaf edən bir ali təhsil müəssisələrindən biridir. 2018-ci ilədək qeydiyyatdan keçmiş 60 universitet arasında ikinci yeri tutur. Bu təhsil ocağı Avropa, Amerika və Asiyada 13 universitetlə tərəfdaşlıq edir. Bu isə universitetlər arası mübadilə proqramlarında iştirak etməyə imkan verir. Universitetdə təhsil bakalavr, magistr və doktorantura proqramları ilə həyata keçirilir.
2015-ci il göstəricilərinə görə Gürcüstanın 10 ən məşhur universiteti arasında 4-cüdür[1]
Universitetin tərkibinə 3 fakültə daxildir:
Ünvan: Gürcüstan 0131, Tiflis, David Aqmaşenebeli alleyаsı, 240.[2]
1917-ci ildə Politexnik İnstitutunda kənd təsərrüfatı bölməsində iki fakültə var idi. 1919-cu ildə Dövlət Universitetində Kənd Təsərrüfatı fakültəsi açılmışdır. Bunun bazasında 1921-ci ildə aqronomiya fakültəsi təşkil edilir.
1929-cu ildə Tbilisi Dövlət Universitetinin aqronomiya fakultəsi bazasında Gürcüstan Aqrar Universiteti təşkil edilir.
1932-ci ildə Zoologiya fakültəsi Kənd Təsərrüfatı İnstitutundan ayrılmış və 1959-cu ildə onun bazasında Gürcüstan Veterinar İnstitutu təşkil edilmiş və Zootexniki və Veterinar Tədris və Araşdırma İnstitutu adlandırılmışdır.
1946-ci ildə Gürcüstan Aqrar Universiteti Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. Hansı ki, SSRİ-də bir neçə ali təhsil müəssisəsi bu ordenlə təltif olunmuşdur.
2016-cı ilin avqust ayından etibarən universitetin rektoru Vaxtanq Lezavadır.[3]