Gürcüstan Parlamenti binası

Gürcüstan Parlamenti binası (gürc. საქართველოს პარლამენტის შენობა) — Tbilisi şəhərində yerləşən və Gürcüstan Parlamentinin toplaşdığı binadır. Bina, Rustaveli prospekti 8 ünvanında, Mtatsminda dağının ətəyinə yaxın yerləşir.

Gürcüstan Parlamenti binası
gürc. საქართველოს პარლამენტის შენობა
Binanın Rustaveli prospektinə baxan arkadalı monumental fasadı
Binanın Rustaveli prospektinə baxan arkadalı monumental fasadı
Xəritə
41°41′48″ şm. e. 44°47′54″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Şəhər Tbilisi
Yerləşir Rustaveli prospekti 8
Tikilmə tarixi 1933 - 1958
Aidiyyatı Gürcüstan Parlamenti
Memar Viktor Kokorin
Georgi Lejava
Vladimir Nasaridze
Memarlıq quruluşu Stalinist memarlıq
Gürcüstan Parlamenti binası (Tbilisi)
Gürcüstan Parlamenti binası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bina kompleksi Gürcüstan SSR-in Hökumət Evi kimi, dağıdılmış Aleksandr Nevski kafedralının və 1921-ci ildə Bolşeviklərin Tbilisiyə hücumu zamanıı həlak olmuş gürcü kadetlərinin dəfn edildiyi kilsə həyətinin yerində inşa edilmişdir.

1991–1992-ci illərin hərbi kompaniyası zamanı bina qismən zədələnmişdir. Həmin hadisələr çərçivəsində mühasirəyə alınmış prezident Zviad Qamsaxurdiya yeraltı dövlət bunkerinə sığınmışdı. Bu hadisələrdən sonra binada yenidənqurma və bərpa işləri aparılmış və 1997–2012-ci illərdə bina Gürcüstan Parlamenti binası kimi istifadə edilmişdir. 2012-ci ildə parlament, Gürcüstanın ikinci mühüm şəhəri olan Kutaisidə yerləşən yeni parlament binasına köçürülmüşdür.

2014-cü ildən parlament komitələrinin toplantıları Tbilisidəki binada, parlament sessiyaları isə Kutaisidəki binada keçirilir. 2014-cü ildə qəbul edilmiş və 2018-ci ilin dekabrından qüvvəyə minmiş Konstitusiya düzəlişində Gürcüstan Parlamentinin toplanış yeri kimi Kutaisi göstərilməmiş və 2018-ci ilin yanvarından Gürcüstan Parlamenti tamamilə paytaxta köçmüşdür.[1][2]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kompleks iki binadan ibarətdir. Ərazinin yuxarı hissəsində yerləşən bina 1933–1938-ci illərdə Viktor Kokorin və Georgi Lejavanın layihəsi əsasında inşa edilmişdir. Ərazinin aşağı hissəsində yerləşən bina isə Rustaveli prospekti boyunca uzanmaqla, Kokorin və Lejavanın Vladimir Nasaridzenin iştirakı ilə hazırladığı layihə əsasında inşa edilmişdir. Hər iki bina fəvvarələr və pilləkənləri olan həyət vasitəsiylə əlaqələndirilmişdir.

Hər iki binanın dizaynında Gürcüstan milli memarlığının elementlərindən geniş istifadə edilmişdir.[3] Aşağı binanın Rustaveli prospektinə baxan fasadında massiv karnizləri və tağvari frontona malik monumental arkada dominant mövqe tutur.[4]

Hər iki bina yüngül dəmir-beton sistemi ilə inşa edilmiş, tuf, qranit və sair materiallarla üzlənmişdir.

  1. "Key Points of Newly Adopted Constitution". Civil Georgia. 27 September 2017. 23 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2019.
  2. "New Constitution of Georgia comes into play as the presidential inauguration is over". Agenda.ge. 17 December 2018. 17 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2019.
  3. "საქართველოს პარლამენტის შენობა" (gürcü). Mayor's Office of Tbilisi. 7 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2019.
  4. Adjimyan, Dmitri. "Дом Правительства Грузии" [House of Government of Georgia]. Intelektuali (rus). 7. 2008. 2019-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-30.