Gürcüstan Texniki Universiteti

Gürcüstan Dövlət Texniki Universiteti (gürc. საქართველოს ტექნიკური უნივერსიტეტი, ing. Georgian Technical University) Gürcüstanın Tbilisi şəhərində yerləşən ölkənin ən aparıcı universitetlərindən biridir. Burada texniki fakültələrdən yana digər fakültələr üzrədə təhsil olduğu üçün bəzən Gürcüstan Dövlət Politexniki Universiteti (qısaca: GPU) deyilir.

Gürcüstan Texniki Universiteti
საქართველოს ტექნიკური უნივერსიტეტი
Xəritə
41°43′01″ şm. e. 44°46′41″ ş. u.HGYO
Şüar Bilik gücdür (gürc. ცოდნა ძალაა) (lat. Scientia potentia est)
Əsası qoyulub 1922
Tip Dövlət
Rektor Archil Prangishvili
Tələbə sayı 12.000-25.000 arası
Şəhər Tbilisi
Ölkə
Ünvan Tbilisi,Kostava küç. 77
Sayt gtu.ge
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1922-ci ildə Tbilisi Dövlət Universitetinin nəzdnində politexnik fakültəsi kimi yaradılıb.

1928-ci ildə Tbilisi Dövlət Universitetin'dən ayrılaraq Vladimir İliç Lenin adına Gürcüstan Dövlət Politexnik İnstitutu kimi yaradıldı.

1930 və 1932-ci illərdə universitetə daha çox fakültələr əlavə edilərək birazda genişləndirildi.

1972-ci ildə 50 illik yubileyində SSSR'in ən yüksək mükafatı Lenin ordeni ilə mükafatlandırıldı.

1991-ci ildə Gürcüstan müstəqilliyini əldə etdikdən sonra birazda böyüyərək önəmli yerini tutdu və hal hazırda həmin adı daşıyır.

Universitet əsasən təhsil və elmi fəaliyyətə yardım edən əsas struktur bölmələrindən ibarətdir: fakültələr, kitabxanalar və köməkçi struktur bölmələri. Universitetin əsas təhsil və elmi idarəsi fakültələrdir. Fakültə akademik, tədqiqat və köməkçi struktur bölmələrindən ibarətdir.

İnşaat Fakültəsi

Enerji və Telekommunikasiya Fakültəsi

Mədən və Geologiya fakültəsi

Kimya Texnologiyaları və Metalurji Fakültəsi

Memarlıq, Şəhər və Dizayn Fakültəsi

İnformatika və Sistem İdarəetmə Fakültəsi

Nəqliyyat və Maşınqayırma Fakültəsi

Humanitar və Sosial Elmlər Fakültəsi

Təhsil və Elm

[redaktə | mənbəni redaktə et]

Gürcüstan Texniki Universitetinin ölkə içində 13 filial şöbəsi və tabeliyində olan qurumlar var. Hal-hazırda Universitetdə 8 fakültə və 28 kafedra, 12 min tələbə, 1500 professor və işçi heyəti vardır. Təhsil ingilis,rusgürcü dillərində verilir.

http://gtu.ge/Eng/

https://www.masterstudies.ru/%D1%83%D0%BD%D0%B8%D0%B2%D0%B5%D1%80%D1%81%D0%B8%D1%82%D0%B5%D1%82%D1%8B/Gruzija/Georgian-Technical-University/

  1. 1 2 Directory of Open Access Journals. 2003.