Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi

Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi (gürc. საქართველოს ებრაელთა ისტორიის მუზეუმი) — Tbilisi şəhərində yəhudi xalqına həsr edilmiş tarixi və etnoqrafiya muzeyi. Muzey Antoni Katolikos və Vaxtanq Beridze küçələrinin kəsişməsində, Azadlıq Meydanından bir qədər aralıda yerləşir.

Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi
gürc. საქართველოს ებრაელთა ისტორიის მუზეუმი
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi binasının xarici görünüşü
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi binasının xarici görünüşü
Əsası qoyulub 30 noyabr 1932
Mövzu tarix və etnoqrafiya
Ölkə
Yerləşir Gürcüstan Tbilisi Antoni Katolikos, küçəsi 3.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Muzey 30 noyabr 1932-ci ildə "Yoxsullara Yardım Gürcü Komitəsi" rəhbərliyinin qərarı ildə əsası qoyulmuşdur. Əslində isə muzey artıq 1928 -ci ildə yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd yəhudi işçilərinin mədəni bazası çərçivəsində bir şöbə təşkilatı qurmaq idi. "Yəhudi Tarix -Diyarşünaslıq Muzeyi"nin rəsmi quruluşu 23 noyabr 1933-cü ildə Gürcüstan Xalq Maarif Komissarlığının əmri ilə rəsmiləşdirildi.

1932-ci ildən başlayaraq muzey Yəhudi Mədəniyyət Mərkəzinin binasında (Abesadze küç., 10) yerləşirdi və 1940-cı ildə isə keçmiş "Qübbə sinaqoquna" köçdü. 1951-ci ildə muzey bağlandı və eksponatlar Tbilisi Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə, nadir əlyazmalar kolleksiyası isə - Gürcüstan Dövlət MuzeyinəGürcüstan SSR Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna verildi.

Bərpası[redaktə | mənbəni redaktə et]

30 noyabr 1992-ci ildə, Gürcüstan hökumətinin qərarı ilə (No 1017), Muzey "Kartu" Fondunun maliyyə dəstəyi ilə bərpa edildi və məşhur ravvin və ictimai xadim David Baazovun adını aldı. Muzeyin köhmə ekspozisiyası yenidən buraya qaytarıldı. Muzey yenidən keçmiş "Qübbə sinaqoqunun binasında təşkil edildi. Əvvəllər muzeyə aid olan materialların geri qaytarılması Gürcüstan Prezidentinin 2004-cü il tarixli 644 nömrəli sərəncamı ilə nəzərdə tutulmuşdu.

Rekonstruksiya olunmuş ekspozisiya

Muzey binası əsaslı təmir edildikdən sonra 20 oktyabr 2014-cü ildə Baş nazir İrakli Qaribaşvili və İsrailin Aliya və Absorbsiyası Naziri Sofa Landverin iştirakı ilə yenidən rəsmi şəkildə açıldı.[1] Muzeyin açılışı, gürcü-yəhudi dostluğunun 26-cı ildönümünə təsadüf etmişdi.[2][3]

Eksponatlar arasında Mtsxeta şəhərində tapılmış aramey dilində yazısı olan qədim lövhə və XIX əsr yəhudi qadınlarının geyimləri var.

Muzeydə "İbrani araşdırmalar" elmi seriyası nəşr olunur (I-1940, II-1941, III-1945, IV-2006, V-2008).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "В Тбилиси после реконструкции откроется Музей истории евреев Грузии". 2014-10-12. 2018-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-17.
  2. "26-вековой дружбе грузин и евреев присвоен статус памятника нематериального культурного наследия". Благовест-инфо. 2018-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-17.
  3. "В Тбилиси отмечают 26 веков грузино-еврейской дружбы". 2014-10-21. 2018-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-17.