Gürcüstan aysorları — 2014-cü il əhalinin siyahıya alınmasına görə Gürcüstanda 2377 nəfər aysor yaşayır (1989-cu ildə - 6206 nəfər)[1].
Gürcüstan torpağına ayaq basmış ilk aysorlar Müqəddəs Yəhya Zedaznlı və 6-cı əsrdə Suriyadan gəlmiş 12 şagirdi hesab olunur. Onlar Gürcüstan monastırlığının qurucuları olmuş, gürcü mədəniyyətində və mənəviyyatında görkəmli rol oynamışlar.
XVIII əsrin ikinci yarısında Kartli-Kaxeti çarı II İraklinin rəhbərliyi altında, Gürcüstanı öz protektoratlığına çevirən Rusiya İmperiyasının dəstəyi ilə çox sayda xristian, o cümlədən aysor Osmanlı İmperiyasından Gürcüstana köçürr.
İran və Türkiyədən əmək miqrasiyası şəklində yeni köçürmə dalğası, 1828-ci ildə Türkmənçay müqaviləsinə əsasən Gürcüstanın Rusiya İmperiyasına birləşdirilməsindən sonra başlayır.
Nəhayət aysorların Önqafqaza ən böyük köçü 1915-1917-ci illərdə, Osmanlı İmperatorluğunun şərqində yaşayan aysorların çoxunun köç etmək məcburiyyətində qaldığı dövrdə baş verir. Bu gün Gürcüstanda olan aysorların əksəriyyəti elə həmin köçkünlərin nəsilləridir.
Gürcüstan aysorları əsasən şəhərlərdə yaşayırlar - Tiflis, Qardabani, Rustavi, Kutaisi, Batumi, Zuqdidi. Gündəlik həyatda yeni arami, gürcü və rus dillərində danışırlar. Qardabani şəhərində yaşayan aysorların bir hissəsi yeni arami dilinin Şimaliboxtan ləhcəsində danışır.
Ölkədəki yeganə aysor kəndi, Tiflisdən 25 km məsafədə, Mtsxet bələdiyyəsindəki Cveli-Kandadır. Kəndin 1106 sakinindən əhalinin təxminən 60% -ni aysorlar təşkil edir. Onlar İrandan köç edənlərin nəsilləridir.
Gürcüstandakı aysorların çoxu Gürcüstan Pravoslav Kilsəsinin, qalanlaarı isə Xaldey Katolik Kilsəsinin ardıcıllarıdır.
2009-cu ildə Tiflisdə Şərq Kilsəsinin ilk patriarxı və Rusiyada Simeon Persidski kimi tanınan Müqəddəs Mar Şimmun Bar Sabbaenin Aysor-Xaldey Katolik Kilsəsi açılır[2]. Məbədin abbatı Benyamin Bit-Yadqardır. Kilsədə bazar günü məktəbi və bir mədəniyyət və dini mərkəz vardır. 2010-cu ilin iyul ayında Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın xeyir-duası ilə kənddə On üç Suriyalı Atanın şərəfinə Gürcü Pravoslav Kilsəsinin bir monastırı açılır. İlahi xidmərlər Serafim Bit-Xaribi tərəfindən gürcü və aysor dillərində yerinə yetirilir.