Gürcüstan ukraynalıları

Gürcüstan ukraynalıları — Gürcüstan ərazisində yaşayan etnik azlıqlardan biri. 2014-cü ilin oktyabrında aparılan son siyahıyaalma məlumatlarına görə, etnik ukraynalıların sayı 6 min nəfərə çatır. Bunların yarısından çoxu (3.200 nəfər) Tiflisdə yaşayır.

Gürcüstan ukraynalıları
Ümumi sayı
6 000 (2014)[1]
Dili

Ukrayna dili, Rus dili, Gürcü dili

1989-cu il siyahıyaalmasına görə Gürcüstanda 52.400 ukraynalı yaşayırdı. XX əsrin 90-cı illərindəki Gürcüstanın mürəkkəb ictimai-siyasi vəziyyəti ilə əlaqəli olaraq ukraynalıların ölkədən axını olur.

Ukraynalı icmasının hüquqlarının qorunması və etnomədəni, dil və digər ehtiyaclarının təmin edilməsi ilə əlaqəli bütün məsələlər 1993-cü il Ukrayna və Gürcüstan arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin 9-cu maddəsi ilə tənzimlənir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Əhalinin siyahıya alınmasına görə Gürcüstanda etnik ukraynalıların sayı dinamikası:

Milliyyət 1989[2] % 2002[2] % 2014[3] %
Ümumi 5400841 100,00% 4371535 100,00% 3713804 100,00%
Ukraynalılar 52443 0,97% 7039 0,16% 6034 0,16%

Gürcüstandakı ukraynalılar, bir qayda olaraq gürcü dilində danışırlar və ölkənin ictimai həyatında fəal iştirak edirlər. Anketlərə görə Gürcüstanda ukraynalıların yarıdan çoxu (53,4 %) ukrayna dilini ana dili hesab edir. Bu göstərici Acarıstanda 55,3%, Tiflisdə 42,6%, Kutaisidə 49,3% təşkil edir.

Ukrayna diasporu nümayəndələrinin böyük əksəriyyətinin kompakt yaşayış yerləri yoxdur və ölkənin hər yerində bərabər paylanmışlar.

Borjomi rayonunun Bakuriani kəndində, eləcə də Axalsıx rayonunun kəndlərində yerli əhalinin bir hissəsi Ukrayna mənşəli Gürcüstan vətəndaşlarından ibarətdir. Bu yaşayış məntəqələrinin sakinləri Martınenko, Paşenko, Bandura, Qavva, Şevçenko, Ustimenko, Romanenko ailələrinə mənsubdurlar və PoltavaÇernigov bölgələrindən Borjomiyə köçürülmüş 200 ukraynalı ailəsinin nəslindəndirlər.

Taras Şevçenko heykəli[redaktə | mənbəni redaktə et]

Abidə 2 mart 2007-ci ildə Gürcüstanda keçirilən Ukrayna ili çərçivəsində qoyulmuşdur. Açılış mərasimində Gürcüstanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yuşşenko və Gürcüstan Prezidenti Mixeil Saakaşvili iştirak etmişdir. Dövlət başçıları Taras Şevçenkonun doğulduğu kənddən, Çerkassk rayonu Morins kəndindən gətirilmiş kapsuldakı torpağı abidənin təməlinə qoymuşlar.

Şairin vətənindən gətirilən tunc heykəl, Melikişvili küçəsində yerləşən parkda qoyulmuşdur. Abidədə Şevçenko üzündə ciddi bir düşüncə ilə böyük bir daş üzərində oturmuş vəziyyətdə təsvir edilir. Abidənin ölçüsü və yeri elə düşünülmüşdür ki, yaxınlaşan şəxs yazıçının yuxarıdan aşağı istiqamətlənmiş baxışını hiss edir[4]. Bürüncdən hazırlanan abidə elədə hündür olmayan, düzülmüş daş plitəni xatırladan postament üzərinə qoyulmuşdur.

Tanınmış şəxsləri[redaktə | mənbəni redaktə et]

Mixail Qruşevski - Ukrayna tarixçisi, ictimai və siyasi xadim, SSRİ Elmlər Akademiyasının akademiki, 1880-1886-cı illərdə Gürcüstanda yaşamış və Tiflis gimnaziyasında təhsil almışdır.

Lesya Ukrainka - mədəniyyət xadimidir, şair, yazıçı, tərcüməçi. Tiflisdə yaşayırdı[5], ömrünün son illərini Gürcüstanın Surami şəhərində keçirmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Национальный состав по краям Грузии (Total population by regions and ethnicity)". 2016-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-15.
  2. 1 2 "Ethnic Groups of Georgia: Censuses 1926—2002" (PDF). 2015-11-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-15.
  3. "Национальный состав по краям Грузии (Total population by regions and ethnicity)" (ingilis). Национальная статистическая служба Грузии. 2016-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
  4. Overia & IProAction. "Памятник Тарасу Шевченко, Тбилиси". Georgia. 2019-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-08.
  5. "Леся Украинка и Шио Читадзе". 2018-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-03.