Bu məqalədə davam edən aktual hadisələrlə bağlı məlumat var. Məqalənin tərkibi və adı hadisələrin gedişinə görə tez-tez dəyişə bilər. |
Gürcüstanda parlament seçkilərinin 2024-cü ildə keçirilməsi planlaşdırılır.[1]
← 2020 2025 → | |||
Gürcüstanda parlament seçkiləri (2024) | |||
---|---|---|---|
26 oktyabr 2024 | |||
Rəhbər | İrakli Kobaxidze | Levan Xabeişvili | Sozar Subari |
Partiya | Gürcü Arzusu | VMH | Xalq Gücü |
Tutulan yerlər | 75 | 15 | 9 |
Gürcüstan parlamenti dörd il müddətinə seçilən 150 üzvdən ibarətdir.
26 sentyabr 2017-ci ildə Parlament 2024-cü ildə 5%-lik həddi ilə tam proporsional sistemə keçid daxil olmaqla, çox müzakirə olunan konstitusiya dəyişikliklərini qəbul etdi.[2][3][4] Əvvəllər 150 yerlik parlament qarışıq sistemlə seçilirdi, 77 yer proporsional (5% baryer) və 73 yer birmandatlı majoritar dairələr üzrə seçilirdi.
2020-ci ildə olduğu kimi, seçkilər 25% gender kvotası ilə keçiriləcək. Siyasi partiyalar öz partiya siyahılarına hər dördüncü yerdə qadınları daxil etməlidirlər.[5]
6 fevral 2023-cü il tarixində Gürcüstan Mərkəzi Seçki Komissiyası əksər seçki məntəqələrində seçicilərin elektron qeydiyyatı və səsvermə sisteminin tətbiqi haqqında fərman qəbul edib.[6]