Levan Xabeişvili

Levan Xabeişvili (gürc. ლევან ხაბეიშვილი; 7 may 1987) — Gürcüstan siyasi fəalı və siyasətçisi. O, 2020-ci ildən parlament üzvü kimi fəaliyyət göstərir.

Levan Xabeişvili
gürc. ლევან ხაბეიშვილი
Şəxsi məlumatlar
Doğum tarixi 7 may 1987(1987-05-07) (37 yaş)
Partiya Yeni Gürcüstan (2016–2017)
Vahid Milli Hərəkat (2017-ci ildən)
Təhsili Gürcüstan Kiçik Elmlər Akademiyası
Fəaliyyəti siyasətçi

İmzanın şəkli

O, 2008-ci ildə yerli məmur kimi dövlət qulluğuna qədəm qoymuş, gənc yaşlarından hakim Vahid Milli Hərəkata (VMH) qoşulmuşdur. Xabeişvili həm Tbilisinin yerli bürokratiyasında, həm də Prezident Mixail Saakaşvilinin Administrasiyasında xidmət etmişdir. O, sonuncunun Gürcüstanı tərk etməsindən və 2014-cü ildə yerli seçkilərdə uduzduqdan sonra Yeni Gürcüstan partiyasına qoşulmuş, 2016-cı ildə parlament seçkilərində uğursuz namizədliyini irəli sürmüşdür. Xabeişvili 2017-ci ildə VMH-nin üzvü kimi Tbilisi Şəhər Assambleyasına seçilmişdir. Bu platforma onu ən səs-küylü antihökumət fəallarından birinə çevirmişdir və tez-tez "Gürcü Arzusu"nun rəhbərlik etdiyi hökuməti korrupsiyada ittiham etmişdir.

Xabeişvili 2020-ci ildən bəri parlamentin üzvüdür, baxmayaraq ki, onun səlahiyyət müddəti boykotlarla və az iştirakla xarakterizə olunurdu. O, populist kimi səciyyələndirilmi.dir. Xabeişvili 2023-cü ilin yanvarında sələfi Nika Melianı məğlub edərək Vahid Milli Hərəkatın sədri seçilmişdir.

Levan Xabeişvili 7 may 1987-ci ildə anadan olmuşdur. O, 20 yaşında dövlət idarəçiliyinə işə başlamış və o vaxt Vahid Milli Hərəkatın ciddi nəzarəti altında olan Tiflisdə İsani-Samqori rayonunun Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 2010-cu ildə Gürcüstanın Kiçik Elmlər Akademiyasını biznesin idarə edilməsi ixtisası üzrə bitirmişdir.[1]

  1. "Official Biography". Parliament of Georgia. 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.