Güvən Yalçın

Güvən Yalçın (türk. Güven Yalçın; 18 yanvar 1999[1], Düsseldorf) — "Beşiktaş"da hücumçu mövqeyində çıxış edən Türkiyə futbolçusu.

Güvən Yalçın
alm. Güven Yalçın
Ümumi məlumatlar
Tam adı türk. Güven Yalçın
Doğum tarixi 18 yanvar 1999(1999-01-18)[1] (24 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 184
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub Beşiktaş
Nömrəsi 50
Karyerası
Gənclik karyerası
2006–2018 Bayer Leverkuzen
Klub karyerası[* 1]
2018– Beşiktaş 81 (18)
Milli yığma[* 2]
2019– Türkiyə Türkiyə 0 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Bayer Leverkuzen[redaktə | mənbəni redaktə et]

Güvən Yalçın 2006-cı ildə 7 yaşında olarkən "Bayer Leverkuzen" komandasının futbol məktəbinə qəbul edilmiş və orada oynamağa başlamışdır[2]. 2016-cı ildə "Bayer Leverkuzen" U-17 komandası ilə Almaniya çempionluğu yaşamışdır. 26 qarşılaşmada vurduğu 12 qol ilə komandasının çempionluğunda pay sahibi olmuşdur. 2016–2017-ci illər mövsümündə "UEFA Gənclər Liqasında" 6 qarşılaşmada forma geyinmişdir.

Beşiktaş[redaktə | mənbəni redaktə et]

2018-2019-cu illər mövsümü[redaktə | mənbəni redaktə et]

27 iyul 2018-ci ildə Türkiyə Super Liqasında çıxış edən klublardan olan "Beşiktaş"a transfer edilmişdir[3]. Yeni komandasında ilk oyununa "UEFA Avropa Liqası"nın təsnifat mərhələsində oynadıqları "Partizan" klubuna qarşı matçda çıxmışdır[4]. 29 sentyabr 2018-ci ildə "Kayserispor" ilə oynanan qarşılaşmanın son dəqiqələrində Rikardo Kuarejmanın yerinə meydana daxil olaraq ilk liqa oyununa çıxmışdır.

Milli komanda karyerası[redaktə | mənbəni redaktə et]

2020-ci ildə keçiriləcək olan futbol üzrə Avropa Çempionatının təsnifat mərhələsində Türkiyə milli futbol komandasının AlbaniyaMoldova milliləri ilə oynayacağı qarşılaşmaların iştirak ərizəsinə baş məşqçi Şənol Günəş tərəfindən daxil edilmişdir[5]. Bu da futbolçunun Türkiyənin futbol üzrə əsas millisinə ilk dəvəti olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Güven Yalcin // Transfermarkt (çd.). 2000.
  2. "Bayer Leverkusens Güven Yalcin steht vor einem Wechsel zu Besiktas Istanbul". 2018-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  3. "Dorukhan Toköz ve Güven Yalçın, Beşiktaş'ta!". 2018-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  4. "Match ends, Partizan Belgrade 1, Besiktas 1". 2019-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  5. "A Milli Takım'ın Arnavutluk ve Moldova maçları aday kadrosu açıklandı". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.