Güzdək — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.
Güzdək | |
---|---|
40°22′24″ şm. e. 49°40′50″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Abşeron rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1959 |
Mərkəzin hündürlüyü | 156 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2 400 (2008) nəfər |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 345 |
Poçt indeksi | AZ0114[1] |
Qəsəbə 1959-cu ildə neft yataqlarının istismar edilməsi ilə əlaqədar olaraq salınmışdır. Qəsəbənin ərazisi Abşeron kəndlərinin qışda qoyun saxladıqları yer olmuşdur. Buradakı ağıllar (yerli əhali arasında xəmbək adlanır) indi də qalmaqdadır. Oykonim türk dillərində geniş yayılmış guz/kuz (payız) sözündən və məkan bildirən -dək/lək şəkilçisindən ibarət olub, "payız otlağı, payız binəsi, payızlıq" deməkdir.[2]
Əhalisi 2400 nəfərdir. (2008)[3].
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |