Güzgü dünyası

Güzgü dünyası — real dünyanın rəqəmsal formada təsviri. Bu, coğrafi cəhətdən dəqiq şəkildə real dünya strukturlarının xəritəsini çəkməyə çalışır. Güzgü dünyaları real insan mühitlərinin və onların işlərinin proqram modelini təklif edir.[1] Bu, rəqəmsal əkiz anlayışına çox bənzəyir.[2]

Rəqəmsal media ilə bağlı termin Yel Universitetinin kompüter alimi Devid Gelernter tərəfindən təklif edilmişdir. O ilk dəfə 1991-ci ildə hipotetik güzgü dünyasından danışmışdır.[3]

  1. Roush, Wade. "Second Earth". MIT Technology Review. 2007-06-18. 2023-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  2. Kelly, Kevin. "AR Will Spark the Next Big Tech Platform—Call It Mirrorworld". Wired. 2019-12-02. 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  3. Gelernter, D. Mirror Worlds: The Day Software Puts the Universe In a Shoebox... How it Will Happen and What It Will Mean?, 1991.