Gəşəlitəpə yaşayış yeri — Ağcabədi rayonunun Hacılar kəndinin şimal-qərbində yerləşən yaşayış yeri. Diametri 110 m, hündürlüyü 6 m olan təpədir. Onun səthi Qarabağ müharibəsi vaxtı səngərlər qazılması nəticəsində zədələnmışdır. Toplanılmış saxsı kolleksiyası Neolit dövrünə aiddir.[1]