Gədəbəy dəfinəsi — 1956-cı ildə Gədəbəy rayonunun Xarxar kəndində tapılmış dəfinə.[1][2]
Təsərrüfat işləri zamanı aşkar edilmiş küpənin içərisində 139 gümüş sikkə, qadın bəzək əşyaları olmuşdur. Həmin ərazidə üzərində bitki və həndəsi naxışlarla bəzədilmiş iki gümüş nimçə də tapılmışdır. Sikkələr XVI əsrdə Səfəvi hökmdarı I Şah Təhmasibin adından Gəncə, Şamaxı, Təbriz, Ərciş, İrəvan, Van, Kaşan və Ərdəbildə zərb olunmuşdur. Sikkələrin çoxu eyni tiplidir. Azərbaycan Tarix Muzeyində saxlanılır.[3]