Gəl bir olaq (film, 2000)

"Gəl bir olaq" filmi — Udayaşankarın ssenaristi və rejissoru olduğu 2000-ci il Hindistan (teluqu) dramsevgi filmidir.

Gəl bir olaq
Kalisundam Raa (కలిసుందాం రా)
Janr sevgi, dram
Rejissor Udayaşankar
Prodüserlər Sureş Babu, Rama Naidu
Əsərin müəllifi Uilyam Şekspir
Ssenari müəllifləri Udayaşankar, Dinarac, Paruçuri qardaşları
Baş rolda

Venkateş — Raqhu

Simran — Manqa
Bəstəkar S.A.Rackumar
İstehsalçı Sureş Production
İlk baxış tarixi 14 yanvar 2000
Müddət 2 saat 36 dəqiqə
Büdcə 1 milyon dollar
Gəlir 3 milyon dollar
Ölkə Hindistan
Dil Teluqu dili
Rəng rəngli
IMDb ID1575583

Bax: Romeo və Cülyetta

Raqaviya və Ram Mohan Rao dostdurlar. Lakin, kiçik bir səbəb üzündən Raqaviya ilə Ram Mohan Rao dalaşırlar. İllər ötür. Raqaviyanın 60 yaşı var və 60 yaşı üçün də Bombeydə olan gəlini və nəvələrini çağırmaq qərarına gəlir. Raqhu Raqaviyanın istəkli nəvəsidir. Bombeydən Ramapurama gəldikdən sonra Raqaviya ailəsinin üzvlərindən xəcalət çəkir. Raqhu burada dostdan düşmənə çevrilmiş ailənin üzvü Manqanı görür və ona aşiq olur. Tezliklə, Manqa da Raqhuya aşiq olur. Ancaq heç vaxt bir-birlərinə sevgilərini etiraf etmirlər.

Daha sonra Raqhu Raqaviya və Ram Mohan Rao arasındakı davanın səbəbini öyrənməyə çalışır. Bu böyük səbəbə dönən kiçik səbəb belə imiş. Raqhunun atası Bhaskar Raoya bir zamanlar Ram Mohan Raonun qızı Racani aşiq olur. Lakin, Bhaskar Rao Racanini sevmir və Bombeyə köçüb burada Kauşalya ilə evlənir. Bu evlilikdən Raqhu doğulur. Sonra Bhaskar Rao ilə evlənə bilməyəcəyini anlayan Racani intihar edir.. Ram Mohanın oğlu Erra Babu da Raqaviyanı öldürüb Racaninin qanını yerdə qoymamaq istəyir.

Raqhu düşmən ailələri dostlaşdırmağa çalışır. O, bir olmaq üçün öz sevgisini qurban verir. Manqanın toyuna hazırlıqlar olanda görülür ki, Manqa itib.

Nəhayət, Erra Babu bu dillərə dastan olmuş sevgini anlayır və Raqhu ilə Manqanı bir-birinə qovuşdurur.

Film Uilyam Şekspirin "Romeo və Cülyetta" pyesinin motivləri əsasında çəkilmişdir.

Film 2001-ci ilə qədər Teluqu film indüstriyasında (Tollywood) çəkilmiş son 70 ilin filmləri sırasında ilk sırada yer almışdır.

Filmin 20022003-cü illərdə hind və kannada dillərində remeykləri çəkilmişdir.

Film 7 mükafat qazanıb.

Filmin direktoru: Udayaşankar

Prodüser: Sureş Babu, Rama Naidu

Əsərin müəllifi: Uilyam Şekspir

Ssenari müəllifi: Paruçuri qardaşları, Udayaşankar, Dinarac

Bəstəkar: S.A.Rackumar

Redaktor: Martand K.Venkateş, K.Madhav

Kinematoqraflar: K.Ravindra Babu

Venkateş — Raqhu

Simran — Manqa

Şahnur Sana — Parvati

K.Vişvanat — Raqaviya

Şrihari — Erra Babu

Brahmanandam — Ramavadhani

Ali — İlanman

AVS — Venkatadri

M.S.Narayana — Hüquqşünas Linqam

Ahuti Prasad — Şankar Rao

Ranqanat — Ram Mohan Rao

Rallapalli — Qovindu

Prasad Babu — Prasad

Açyut — Bhaskar Rao

Qotam Racu — Peon

Raca Ravindra — Ram Mohan Raonun kürəkəni

Anant Punyamurtula — Konsteybl

Çitti Punyamurtula — Subbavadani

Qundu Hanumanta Rao — bərbər

Cenni — Prayest

Annapurna — Canaki

Venniradi Nirmala — Kauşalya

Rama Prabha — Kantam

C.R.Vicayakumari — Alivilu Manqatayaru

Vinaya Prasad — Anasuya

Sudxa — Raqhunun xalası

Kalpana Ray — Ratxalu