Dinar — Şəki-Herreti çariçası. Atası Tao-Klarceti(ru) hakimi, eristavlar-eristavı III Adarnerse(en), babası Tao-Klarceti knyazı I Qurgen(fr) idi. Şəki hökmdarı Atrnersehin arvadı, Şəki hökmdarı İşxan Əbu Əbdülmalikin anasıdır.
Dinar | |
---|---|
gürc. წმინდა დინარა დედოფალი | |
| |
ən geci 1010-cu il – ən tezi 1114/1015-ci il | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | X əsr |
Vəfat tarixi | X əsr |
Atası | III Adərnerse(en) |
Həyat yoldaşı | Atrnerseh |
Uşağı | İşxan Əbu Əbdülmalik |
Ailəsi | Baqrationi |
Dini | xristian |
Vikianbarda əlaqəli mediafayllar |
“Kartli salnaməsi”ə görə
Heretidə İşxanikin çarlığına qədər onun bütün sələfləri qeyri-prvoslav idilər. İşxannik isə eristavlar-eristavı Qurgenin(en) bacısının oğlu idi, onun anası çariça Dinar onu pravoslav etdi. Həmin vaxt Bərdə və Azərbaycan salarilər tərəfindən tutuldu[1].
“Kartli salnaməsi”ə görə Kaxeti xorepiskopu Davidin ölümündən sonra (1010) Gürcü çarı III Baqrat Heretini tutmuş və çariça Dinarı əsir götürmüşdür[2]. Əsir götürüldüyü zaman onun 90-dan çox yaşı olmalı idi[3].
XI əsr gürcü tarixçisi Sumbat Davitisdze(en) yazır ki, III Baqratın ölümündən sonra (1014, yaxud 1015), oğlu
I Georginin(ru) hakimiyyəti dövründə Herret-Kaxeti ölkəsi müstəqillik əldə etdi, aznaurların xəyanətinə görə eristavlar tutuldu və əvvəlki hakimlər öz ölkələrinə sahib oldular[4].
Burada adları çəkilməsə də çariça Dinarın və Kaxeti xorepiskopu III Kvirikenin (sonralar Böyük Kvirike adlandı) 4-5 ildən sonra müvafiq olaraq Şəkidə və Kaxetidə yenidən hakimiyyətə qayıtmalarına işarə olunur. “Kartli salnaməsi”ə görə III Baqrat çariça Dinarı əsir götürdükdən 1 il sonra Kaxeti xorepiskopu III Kvirikeni də əsir götürmüş və özü ilə sarayına aparmışdı[2]. Lakin bundan sonra tarixi mənbələrdə yalnız III Kvirikenin həyat və fəaliyyəti barədə məlumatlar var, çariça Dinar haqqında isə heç bir məlumat yoxdur.
“Kartli salnaməsi”ndə oğlu İşxaniki pravoslav etməsi barədə yazılanlar, onun bütün Şəki-Heretini pravoslav etməsi kimi başa düşülür və Gürcü pravoslav kilsəsi onun adını müqəddəslər siyahısına daxil etmişdir; dindar gürcülər üçün iyunun 30-u müqəddəs çariça Dinarın anım günüdür.
Dinara XV – XVI əsrin əvvəllərinə aid Moskva povestlərindən birinin – “İberiya çariçası Dinara haqqında povest”in (rus. Повесть об Иверской царице Динаре) baş qəhrəmanı hesab edilir. Povest öz dövründə çox məşhur olmuş, IV İvan Qroznı 1552-ci ildə Kazanı tutan vaxt oxunmuşdur.
Müasir erməni tədqiqatçılarından tarix elmləri doktoru Qriqor Qriqoryan hesab edir ki, Qafan şəhəri yaxınlığında yerləşən Vahanvəng monastırı ərazisində aşkar olunmuş və üzərində erməni əlifbası ilə “Dinar” yazılmış qəbir, məhz, Atrnersehin arvadı Dinarın qəbridir[5]. Qriqor Qriqoryan Vahavəng monastırı ərazisində arxeoloji qazıntılara rəhbərlik etmişdir.