Gəlin — 1972-ci ildə Türkmənfilmdə dram janrında çəkilmiş bədii film. Rejissoru və ssenari müəllifi Xocaqulu Narliyevdi. Film Böyük Vətən müharibəsində əri həlak olmuş kiçik kənddə yaşayan gənc qadının taleyindən bəhs edir. Filmin premyerası 23 dekabr 1972-ci ildə baş tutmuşdur. Kino tənqidçiləri "Gəlin" filmini Türkmən kinosunun dünya xəritəsinə çıxışı adlandırılır.[1]
Gəlin | |
---|---|
rus. Невестка | |
Janr | drama, |
Rejissor | Xocaqulu Narliyev |
Ssenari müəllifləri |
Xocadurdu Narliyev Xocaqulu Narliyev |
Baş rollarda |
Mayagözəl Aymedova Xocan Ovezqelenov Xocaberdı Narliev Hömmat Mullık Aynabat Amanlieva |
Operator | Anatoli İvanov |
Bəstəkar | Rəcəb Rəcəbov |
İstehsalçı | Türkmənfilm |
İlk baxış tarixi | 1972 |
Müddət | 81 dəq. |
Ölkələr |
Türkmənistan SSR SSRİ |
İl | 1972 |
Rəng | rəngli |
IMDb | ID 0365552 |
Filmin süjet xəttini Böyük Vətən müharibəsi zamanı arxa cəbhədə yaşayan sadə insanların həyatı təşkil edir. Belə ki, insanlar cəbhə üçün çalışır və ordan gələn xəbərləri gözləyirlər. Bu xəbərlər arasında cəbhədə həlak olan yaxınları barədə məlumatlar da olur. Filmin əsas qəhrəmanı olan Oqulkeyik də bu adamlardan biridir. O, da cəbhədə olan həyat yoldaşının yolunu gözləyir.
Oqulkeyik gənc qadındır, müharibə başlamazdan az öncə ailə həyatı qurmuşdur. Ancaq nigahdan bir qədər sonra yoldaşı cəbhəyə aparılmışdır. Filmin süjeti də burdan başlayır. Oqulkeyik ər evində onun yolunu gözləyir. Buna görə qayınatası ilə birgə yaşayır. Onun əri Böyük Vətən müharibəsi zamanıhəlak olub. Ancaq o, ata evinə qayıda bilmir, çünki bu, ərinin nə vaxtsa evə qayıda biləcəyi ümidinin sonu deməkdir. Filmdə baş qəhrəman sanki, laldır, o heç nə danışmır, yalnız hərkət jestləri ilə fikrini tamaşaçıya çatdırır.[2]
Film "Gümüş Yasəmən" ("Sorrento Trophy") mükafatına layiq görülüb. 1972-ci ildə Sorrento Beynəlxalq Kino Festivalında (İtaliya) ən yaxşı qadın roluna (Mayagözəl Aymedova) görə.
1972-ci il Lokarno (İsveçrə) Beynəlxalq Kino Festivalında münsiflərin xüsusi mükafatı.[3]
Ən yaxşı rejissorluq diplomu və mükafatı (Xocaquli Narliyev, mükafatı "Sevgi dramı" filminə görə rejissor Şöhrət Abbasovla bölüşmüşdür). 1972-ci ildə Tbilisidə diplom və Ümumittifaq Film Festivalında ən yaxşı qadın roluna görə ikinci mükafat (Mayagözəl Aymedova).
1973-cü il SSRİ Dövlət Mükafatı - rejissor Xocaquli Narliev, operator Anatoli İvanov, rəssam Annamamed Xocaniyazov, aktyorlar Mayagözəl Aymedova və Xocan Ovezqelenov.[4]
Çəkilişlər Aşqabad yaxınlığında aparılmışdır.[2]
Hekayə sadə və süni deyil. Narliev qardaşlarının şahidi olduğu həqiqi həyat hekayəsinə əsaslanır. Uşaqlıqlarını keçirdikləri kənddə iki nəfər - köhnə çoban və əri müharibədə həlak olan gəlini yaşayırdı. Ancaq qadın onun ölümünə inanmır və onun yolunu gözləyirdi.[5]
Film 2011-ci ildə Moskva Beynəlxalq Film Festivalında "Sosialist Avanqard" filmləri proqramında nümayiş olunmuşdur.[6].
Film 2011-ci ildə Ulyanovskda keçirilən "Mədəniyyət modernləşmə mənbəyi kimi" Beynəlxalq Konqresində nümayiş olunmuşdur.[7]
Gəlin bədii filmi "Türkmən filmini dünya kino xəritəsinə salan film" adlandırıldı.[1] Mira Liehm və Antonín J.Liehm onu "yerli parametrlərlə zəngin güclü kinematik hissi" kimi qeyd edirlər.[8] Mikael Rouland bunu "İkinci Dünya müharibəsi əsnasında səhranın kənarında türkmən həyatının təmsilçisi" adlandırır və bunun "Sovet filmində zəngin bir janra girdiyini: sevdikləri həyatlarını qurban verərkən döyüş cəbhəsinin arxasında qalan həyat faciəsi" olduğunu yazır. Ümumiyyətlə SSRİ-nin geniş ərazi və mədəni sahələrini birləşdirmək, müharibədə olan qurbanlar və çəkdiyi əzablar Sovet kinomatoqrafının ortaq mövzusu olmuşdur.[9]