Gəncə Şəhidlər Xiyabanı — Gəncə şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq.
Qəbiristanlıq | |
Gəncə Şəhidlər Xiyabanı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Status | Xiyaban |
Əsası qoyulub | 1992 |
Gəncənin 4 saylı qəbiristanlığında yerləşir. 2012-ci ilə qədər Gəncə şəhəri Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda 468 şəhid verib və 367 şəhid burda dəfn olunub. Xiyabanın 1000 kvadratmetrə yaxın ərazisində Gəncə şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksinin hündürlüyü 18 metrdir[1]
2020-ci il əvvəində Şəhidlər Xiyabanında 376 şəhidin, həmçinin 5 nəfər Azərbaycanın Milli Qəhrəmanının (Ənvər Arazov, Elbrus Allahverdiyev, Şahlar Hüseynov, İqor Makeyev, Pərviz Səmədov) və Gəncənin ilk qadın şəhidi Sevda Cabbarovanın məzarları var. Məzarlardan 49-u isə naməlumdur[2]
Gəncə şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |