Şahlar Hüseynov (hərbçi)

Hüseynov Şahlar İsa oğluAzərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Şahlar Hüseynov
Şahlar İsa oğlu Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Hankavan, Axta rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Şıxarx, Tərtər rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri Gəncə Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi əsgər
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı

26 noyabr 1968-ci il Qərbi Azərbaycanın Dərəçiçək mahalının Razdan rayonunun Hankavan kəndində anadan olmuşdur. 1985-ci ildə burada təhsilini rus dilində başa vurmuşdur. 1986-1988-ci illərdə Moskvada hərbi xidmətdə olmuşdur. Əsgərlikdən qayıtdıqdan sonra Gəncə şəhəri 27 saylı texniki-peşə məktəbini bitirərək Alüminium zavoduna çilingər işləməyə başlamışdır.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Şahlar erməni vəhşilərinin 1992-ci il 25-26 fevral Xocalıda törətdikləri hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olur. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə tək gedər çox mühüm məlumatlarla dönərdi. Döyüş dostları deyirdilər ki, Şahlar Hüseynov xüsusən Tərtər rayonun Şəfəq kəndində daha böyük hünərlə vuruşmudur, düşmənin xeyli hissəsini, texnika və canlı qüvvəsini məhv etmişdi. 10 aprel 1992-ci il Şıxarx (keçmiş Marquşevan) kəndinə hücum edən erməni qəsbkarlarının hücumunun qarşısı alınır, bu döyüşdə Şahlar Hüseynov şücaət göstərərək qəhrəmancasına həlak oldu.

Subay idi.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şahlar İsa oğlu Hüseynova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Şəhidin qəbir üstü

Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 4 üstündəki lövhə.

Gəncə şəhərində adına küçə var.