"Yelizavetpol Tibb Cəmiyyəti" və ya "Gəncə Tibb Cəmiyyəti" — Azərbaycanda ilk səhiyyə-sağlamlıq cəmiyyəti[1]
"Yelizavetpol Tibb Cəmiyyəti" Xudadat bəy Rəfibəylinin təşəbbüsü və rəhbərliyi ilə 1914-cü ildə yaradılmışdır.[1] Bu cəmiyyətin əsas məqsədi Gəncədə yoxsullara, kimsəsizlərə pulsuz tibbi yardım göstərmək idi.[1]
Cəmiyyətin fəal üzvləri Həsən bəy Ağayev, Həmzə bəy Zeynalov, Musa bəy Rəfiyev və s. şəxslər idi.[1] "Yelizavetpol Tibb Cəmiyyəti" Bakı, Şuşa, Şəki və şəhərlərdə fəaliyyət göstərən digər cəmiyyətlərlə daim sıx əlaqədə olurdu.[1]