Gəncə döyüşü (1046)

Gəncə döyüşü (1046)Bizans imperiyası ilə Böyük Səlcuq imperiyası arasında baş vermiş döyüş nəzərdə tutulur.

Gəncə döyüşü (1046)
Bizans-Səlcuqlu müharibələri
Tarix 1046
Yeri Müasir Gəncə, Azərbaycan bölgəsi.
Səbəbi Bizans imperiyasının Səlcuqlu genişlənməsinin qarşısını almaq istəyi.
Nəticəsi Mütləq Səlcuqlu zəfəri.[1][2][3][4]
Ərazi dəyişikliyi Səlcuqlu imperiyası Qafqazda möhkəmləndi.
Münaqişə tərəfləri

Bizans imperiyası
Kldekari knyazlığı

Böyük Səlcuq imperiyası

Komandan(lar)

bilinmir

Qutalmış

IV Liparit

Gəncə döyüşü 1046-cı ildə baş vermişdir. Bu ildə imperator IX Konstantin Kldekari knyazı Liparitin komandanlığı altında Bizans ordusunu Qafqazı ələ keçirməyə göndərir. Gəncədə Bizans ordusunu qarşılayan Səlcuqlu ordusuna isə Qutalmış komandanlıq etməkdə idi.[1][2]

Bizans imperatoru IX Konstantinin Bizans ordusunu gürcü əsilzadəsi Kldekarili IV Liparitin komandanlığı altında Qafqaza göndərməsinin məqsədi regiona yürüşlər təşkil edən Səlcuqlu ordusunun qarşısını almaq idi.[1][2] Buna cavab olaraq, Səlcuqlu sultanı Toğrul Qutalmışın komandanlığı altında bölgəyə türk ordusu göndərir.[1][2]

Dvinə doğru hücum edən Bizans ordusu Gəncədə türk ordusu ilə qarşı-qarşıya gəlir.[2][5][3] Gəncə şəhərinin qala divarları yaxınlığında baş vermiş döyüşdə Qutalmış Bizans ordusunu darmadağın edir.[1][2][3]

Bizans ordusunun sağ qalmağı bacarmış azsaylı hissəsi geri çəkilməyə məcbur olur. Cənubi Qafqaz bölgəsindəki türk hakimiyyəti daha da möhkəmlənir.

  1. 1 2 3 4 5 The Islamic World in Ascendancy: From the Arab Conquests to the Siege of Vienna. Martin Sicker. Greenwood Publishing Group. 2000.
  2. 1 2 3 4 5 6 Ayşe Beyza ERCAN. "THE BYZANTINE EMPIRE IN THE KINGDOM OF GEORGIA’S FOREIGN POLICY IN THE 11th CENTURY Arxivləşdirilib 2022-10-04 at the Wayback Machine". Karadeniz Araştırmaları Enstitüsü Dergisi 11:331-344.
  3. 1 2 3 F. İnce, "SELÇUKLU-ERMENİ İLİŞKİLERİNDE MİLLET-İ SADIKA’NIN İZLERİ Arxivləşdirilib 2022-10-05 at the Wayback Machine", Uluslararası Türkçe Edebiyat Kültür Eğitim (TEKE) Dergisi, vol. 5, no. 1, pp. 0-0, Mar. 2016
  4. Turan, Osman., Ateş, Ahmed., Kafesoglu, Ibrahim., Kafesoğlu, İbrahim. A history of the Seljuks : İbrahim Kafesoğlu's interpretation and the resulting controversy. United States: Southern Illinois University Press, 1988.
  5. Toksoy, A. (2020). Selçukluların Batı (İran) Harekâtı Arxivləşdirilib 2022-10-07 at the Wayback Machine . Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Dergisi, - (68), 367-376 .