IX Konstantin Monomax

IX Konstantin Monomax (yun. Κωνσταντίνος Θ΄ Μονομάχος; 1000[1], Konstantinopol11 yanvar 1055, Konstantinopol) — Makedonlar sülaləsindən olan Bizans imperatoru (11 iyun 1042–11 yanvar 1055). O, imperator taxt-tacını VIII Konstantinin qızı Zoya Porfirogenet ilə evlənərək əldə etmişdir.

IX Konstantin Monomax
yun. Κωνσταντίνος Θ΄ Μονομάχος
IX Konstantin (Aya Sofyada mozaika)
IX Konstantin (Aya Sofyada mozaika)
11 iyun 1042 – 11 yanvar 1055
ƏvvəlkiV Mixail
SonrakıFeodora
Şəxsi məlumatlar
Doğum tarixi 1000[1]
Doğum yeri
Vəfat tarixi 11 yanvar 1055
Vəfat yeri
Vəfat səbəbi taun
Fəaliyyəti siyasətçi
Atası Feodosi Monomax
Həyat yoldaşları Elena Sklirena
Zoya
Uşağı müb. Monomaxiya
Dini Pravoslav xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bizans imperiyası IX Konstantinin hakimiyyəti dövründə Kiyev rusları və Səlcuq türkləri ilə müharibə aparmışdır. Onun ölümündən bir il əvvəl Avropadakı xristianlıq Şərqi pravoslav kilsəsiRoma-Katolik kilsəsinin yaranması ilə iki yerə bölünmüşdür.

Monomaxlar sülaləsinin mənşəyi naməlumdur. Sülalənin adı yunan dilindən tərcümədə «tək güləşçi» deməkdir. Sülalənin adı X əsrin axırlarından bəri qeyd olunur. Sülalənin müxtəlif sərkərdə üzvləri olmuşdur. Bir mənbəyə görə, Monomaxlar Konstantinopol şəhərinə yerləşmiş erməni aristokratiyasından gəlirlər.[2] Başqa bir mənbəyə görə onlar yunan əsillidirlər. Dövrün Bizans tarixşünası Mixail Psell sülalə haqqında təməl məlumatlar verir.

Monomaxlar sülaləsinin bilinən ilk üzvü Evstafi imperator Feofil (828–842) hakimiyyəti dövründə yaşamış və hakim olmuşdur.[3] Konstantinin atası Feodosi Monomax II Vasili Vulqarokton (976–1025) hakimiyyəti dövründə yaşamış və inzibati iyerarxiyada yüksək yer tutmuşdur. XI əsr erməni tarixşünası Arisrakes Lastivertsi yazır:

" Onun atası sarayda ali hakim vəzifəsini daşıyırdı. Buna görə də o, ölkə boyunca hakimlər təyin edirdi.[4] "

Bu mətn tam olaraq aydın deyil. XI əsr Bizansında ali hakim vəzifəsi mövcud deyildi. Ehtimal olunur ki, erməni müəllif imperiyanın hüquq sistemini yaxşı araşdırmayıb. Müasir tarixçilər güman edir ki, Feodosi Monomax Konstantinopol hakimlərinin ən ali hüquq şurasının üzvü idi.[5] Beləliklə, Monomax sülaləsinin tarixən hüquqi vəzifələr daşıdığı fərz edilir.

  1. 1 2 Kōnstantínos IX o Monomáchos // AlKindi.
  2. J-C Cheynet & J-F Vannier, Etudes prosopographiques, Paris: Sorbonne, 1986, pp. 75-115.
  3. Tredqold, U. T. The Byzantine revival, 780-842 (ingilis). Stanford: Stanford University Press. 1988. səh. 278.
  4. Yüzbaşyan, K. N. Повествование вардапета Аристакеса Ластивертци (rus). 1968. səh. 78.
  5. Okonomides, N. Les listes de préséance byzantines des IXe et Xe siècles : introduction, texte, traduction, commentaire (fransız). Editions du Centre national de la recherche scientifique. 1972. səh. 322.