Gəncə qəzası (1989)

Gəncə qəzası — 12 oktyabr 1989-cu il cümə axşamı günü Gəncə aviabazasında (AzSSR) iki hərbi təyyarənin toqquşması nəticəsində 7 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası.

Gəncə qəzası
Qəzanın baş verdiyi An-12 A tipli təyyarənin eynisi.
Qəzanın baş verdiyi An-12 A tipli təyyarənin eynisi.
Ümumi məlumatlar
Tarix
  • 12 oktyabr 1989
Yer Gəncə aviabazası
Ölü sayı 7
Təyyarə
Təyyarə modeli An-12
Qalxma yeri Gəncə, Azərbaycan SSR, SSRİ

SSRİ-11229 (zavod - 4342006, seriya - 20-06) qeydiyyat nömrəsi olan An-12B (digər mənbələrə görə - An-12BP) 1964-cü ildə Daşkənd Aviasiya Zavodu tərəfindən buraxılmışdır[1]. Hadisə baş verən zaman Klin hava limanında yerləşən və əslində SSRİ hava hücumundan müdafiə qüvvələrinin hərbi nəqliyyat aviasiyası funksiyasını yerinə yetirən 978-ci ayrı hərbi nəqliyyat aviasiya alayına aid idi. Onun heyəti yeddi nəfərdən ibarət idi.

Su-24 bombardmançısının ekipajı iki nəfərdən ibarət idi: təyyarənin komandiri, polkovnik Y. Qriqoryev və naviqator, kapitan A. Qorodçukov[2].

Sovet Hərbi Hava Qüvvələrinin bombardmançı Su-24 gecə uçuşu etməli idi. Ekipaj ehtiyat uşuş zolağına necə keçməyin fərqinə varmadı. Cəmi beş yüz metr məsafə getdikdən sonra Su-24 təyyarəsinin qanadı boş bir avtobusa, daha sonra həmin vaxt yanacaq dolduran An-12 nəqliyyat vasitəsinə çırpıldı. Sonra hər iki təyyarə partladı. Bombardmançısının naviqatoru Qorodçuk toqquşmadan əvvəl katapult etdi və sağ qaldı. Pilot Qriqoryev isə öldü. Digər nəqliyyat təyyarəsinin göyərtəsində olan 4 heyət üzvü həlak oldu. Qalan 3 nəfər hava limanında çöldə idi, buna görə xəsarət almamışdılar. Aerodromun quru heyətinin iki hərbi əməkdaşı - tanker sürücüsü və yanacaq-sürtkü xidməti işçisi həlak oldu. Beləliklə, fəlakət qurbanlarının ümumi sayı 7 nəfər oldu[2].

  1. "Антонов Ан-12Б CCCP-11229 а/к Россия (СССР) - ВВС - карточка борта" (rus). russianplanes.net. 2019-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  2. 1 2 "Столкновение на РД Ан-12 и Су-24 в Кировабаде (борт СССР-11229), 12 октября 1989 года" (rus). AirDisaster.ru. 2019-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.