İl-76 qəzası — 18 oktyabr 1989-cu ildə baş vermiş təyyarə qəzası.[1][2]
İl-76 qəzası | |
---|---|
Ümumi məlumatlar | |
Tarix | |
Yer | Xəzərin Sumqayıt sahili[1] |
Sərnişin sayı | 48 |
Komanda | 9 |
Yaralı sayı | 0 |
Ölü sayı | 57 |
Təyyarə | |
Təyyarə modeli | İl-76 |
Havayolu şirkəti |
|
Qalxma yeri | Sumqayıt, Azərbaycan SSR, SSRİ[1] |
İstiqamət | Sumqayıt[1]→Ukrayna |
Həmin gün SSRİ Hərbi Desant Qüvvələrinin 218-ci alayının 8-ci bölüyünü Sumqayıtdan - Nasosnu [1] aviabazasından Ukraynaya aparan İl-76 hərbi-nəqliyyat təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra qəzaya uğramışdır.[2] Qəza zamanı 1600 metr yüksəklikdə ikən təyyarənin sağ mühərriki alışaraq qopmuş, nəticədə baş verən yanğın və idarəetmənin itirilməsi təyyarənin yerə çırpılmasına səbəb olmuşdur.[2]
Qəza nəticəsində 9 heyət üzvü, 48 desant olmaqla, 57 nəfər həlak olmuşdur.[2]
Qəza İl-76 təyyarəsinin 17-ci qəzası olmaqla, indiyədək keçirdiyi 3-cü ən ağır qəzadır.[1] Qəza həmçinin Azərbaycan ərazisində baş vermiş ən ağır təyyarə qəzasıdır.[1]