Avianka Hava Yolları reys 203, Boqotada yerləşən El Dorado Beynəlxalq Havalimanından Kalidəki Alfonso Bonilla Aragon Beynəlxalq Havalimanına daxili reys ilə hərəkət edən uçuş. 27 noyabr 1989-cu ildə Soaça bələdiyyəsi üzərində Partlayıcı vasitə ilə partladılmışdır.[1] Təyyarə Kolumbiyanın paytaxtı Boqotadan havaya qalxdı. Hava qalxdıqdan 5 dəqiqə sonra 794 kilometr (493 mil) sürətlə hərəkət edən təyyarə gözlənilmədən partladı.
Avianka Hava Yolları reys 203 | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix | |
Qəza növü | Partlayıcı vasitə ilə bombalama. |
Qəza səbəbi | Bomba |
Yer | Soaça yaxınlığında, Boqotanın 16km cənub-şərqində, Kolumbiya |
Koordinatlar | 4°33′30″ şm. e. 74°15′45″ q. u.HGYO |
Ölkə | |
Sərnişin sayı | 101 |
Komanda | 6 |
Yaralı sayı |
|
Ölü sayı | 110 (3 nəfər partlayan təyyarənin altında qalanlar) |
Təyyarə | |
Təyyarə modeli | Boeing 727-21 |
Havayolu şirkəti | Avianka Hava Yolları |
Qalxma yeri | El Dorado Beynəlxalq Havalimanı, Boqota, Kolumbiya |
Uçuş nömrəsi | 203 |
Qeydiyyat nömrəsi | HK-1803 |
Təyyarə, Pan American World Hava yollarından alınan, HK-1803 qeydiyyat nömrəli Boeing 727-21 idi. Yerli vaxtla 07:13-də havalandı və havaya qalxdıqdan 5 dəqiqə sonra yanacaq deposunun yanında qoyulan bomba 13000 fit (3960m) hündürlükdə partladı. Partlayış təyyarəni parçaladı: Quyruq hissəsindən ayrılan burun hissəsi alovlu halda aşağı endi. Yerdə olan 3 nəfər və üzərilərinə düşən təyyarədəki 107 nəfərin hamısı həlak oldu.
Uçuş 203-ün bombalanması, o zamandan bu yana Kolumbiyada yaşanan ən ölümcül cinayət hücumu olmuşdur. Medellin narkotik kartelinin yaradıcılarından olan Pablo Eskobar, 1990-cı il prezident seçimləri zamanı namizəd olmuş Sezar Qavirianı öldürmək ümidi ilə bu bombalamanı planladı.[2] Lakin Qaviria təyyarədə deyildi və daha sonra Kolumbiyanın prezidenti oldu.[3] Qəza zamanı ölən iki amerikalı, Amerikanın Eskobarı tapmaq üçün fəaliyyətə başlamasına səbəb oldu.[3]
28 noyabr 2016-cı ildə Kolumbiyanın El Espectador qəzeti, Uçuş 203-ə aid 8 bölümdən ibarət olan istintaq hesabatını dərc etməyə başlamışdır.[4] Partlayışa səbəb kimi yanacaq deposunda olan yanacaq nasosunun nasaz olması iddia edilmişdir.[5] Hesabat Avianka şirkəti və zərər çəkmişlərin ailə üzvləri tərəfindən ağır tənqid edilmişdir.[6]