Gənc Çexlər

Gənc ÇexlərÇexiyada siyasi partiya.

Gənc Çexlər
Quruluş tarixi dekabr 1874
Dağılma tarixi 1918
İdeologiya milli liberalizm, Antiklerikalizm, Radikalizm (tarixi)
İdeoloji spektr Mərkəz sağ

1874-cü ildə Karel Sladkovski, Yuli Qreqr, Eduard Qreqrın və bir neçə silahdaşının başçılığı ilə Çexiya Milli Partiyasının müxalif qanadının üzvləri tərəfindən yaradılmışdır. Proqramlarında liberal prinsiplərinə sədaqət, parlament quruluşunun islahatı və yerli idarəetmənin genişləndirilməsi əks olunmuşdu. Partiyanın mərkəzi mətbuat orqanı "Narodny listy" qəzeti idi. 1890-cı il Zemstvo seyminə və 1891-ci il reyxsrata seçkilərində inamlı qələbəsi nəticəsində Çexiyada ən nüfuzlu partiyaya çevrilmişdi. 1890-cı illərin ikinci yarısında dil məsələsinin həlli üçün bir sıra uğursuz cəhd göstərdilər.

XIX əsrin sonundan yeni partiyaların yaradılması və seçki sistemində islahatın keçirilməsi nəticəsində Çexiyanın aparıcı siyasi qüvvə mövqeyini itirmişdilər. 1907-ci ildə sənaye burjuaziyasının və maliyyə dairələrinin mənafeyi uğrunda çıxış edən ən iri şəhər partiyası kimi qüvvətlənmişdilər. Partiyanın rəhbəri Karel Kramar idi.

1918-ci ildə Çexiya Xalq Partiyası və digər siyasi qruplaşmalarla birgə Karel Kramarın rəhbərliyi ilə "Çexiya dövlət-hüquqi demokratiya" partiyasını yaratmışdılar.

İstinadlar[redaktə | mənbəni redaktə et]