Antiklerikalizm (qəd. yun. άντι — əksinə, əleyhinə və κληρικός — din) — dini təşkilatların, ruhaniliyin, həmçinin siyasi, iqtisadi, mədəni, elm və təhsil sahəsində dini hakimiyyətin əleyhinə istiqamətlənmiş sosial hərəkatdır. XVIII əsrdə maarifçiliyin çiçəklənməsi dövründə Avropanı ateizmin birinci dalğası bürüdüyü zaman, kilsə əleyhinə yönələn istənilən hərəkat antiklerikalizm adlandırılırdı.
Antiklerikalizm ateizmə bənzəsə də özünün xarakterik xüsusiyyətləri mövcuddur:
Müxtəlif növ Antiklerikal fikirlər hələ qədim filosoflar tərəfindən söylənilmişdir. Antiklerikalizm orta əsrlərdə Avropada dini həyatın dünyəvi həyatdan üstün olmasıilə bağlı kilsə ideyaların qarşı mübarizə üsulu olmuşdur. Orta əsrlərdə antiklerikalizmin əsas istiqaməti feodal kilsələrin,bəzən də bütövlükdə cəmiyyətin tənqid olunmasından ibarət idi. Kəndli Antiklerikal hərəkatların əsası iqtisadi məqsədlər təşkil etsə də, həmin hərəkarlar dini baxımdan əsaslandırılır.
Kilsə tərəfindən müəyyən edilmiş qaydaların dəyişilməz saxlanılması, bu qaydaları əsaslandıran ideologiyaya şübhələri artırdı. Burjua inqilablarının idealogiyasında antiklerikalizm əvəzedilməz yer tuturdu. Belə ki, gənc burjuaziya kilsənin siyasətini tənqid edir, kilsələrə məxsus torpaq sahələrinin müsaridə edilməsi ilə bağlı qərarların qəbul edir və kilsənin dövlətdən ayrılmasını təklif edirdilər.
Antiklerikalizm Renessans dövründə ilkin burjuaziyanın ideoloqları, humanistlər ədiblər və filosofların əsərlərində dünyəvi əsaslar qazandı. Bu isə öz növbəsində dini dözümlülük,həmçinin antik dövrdən sonra katolik kilsəsinin itirdiyi insana münasibət konsepsiyasının bərpa edilməsi üzrə mübarizəyə təkan verdi.