Gənc Qaşqar Partiyası — uyğurların türk millətçiliyini müdafiə edən partiyası.
Gənc Qaşqar Partiyası | |
---|---|
Sədri | Timur Bəy, Məhəmməd Əmin Buğra |
Qurucu | Əbd əl Rahim bəy Baçça |
Quruluş tarixi | 1933 |
Dağılma tarixi | 1934 |
Baş qərargah | Qaşqar |
İdeologiya |
Uyğur millətçiliyi Türk millətçiliyi Cədidizm Anti-Çinlilik |
Gənc Qaşqar Partiyası 1933-1934-cü illərdə mövcud olmuş və türk millətçiliyini müdafiə etmişdir. O, Şərqi Türkistan İslam Respublikasının yaradılmasında mühüm rol oynamışdır. Partiya mahiyyət etibarilə anti-Çin, anti-Çin müsəlmanları olmuşdur. Uyğur hərbi komandanı olan Timur Bəy və Xotan əmirləri Məhəmməd Əmin Buğra, Abdulla Buğra və Nur Əhməd Can Buğra Gənc Qaşqar Partiyası ilə ittifaq qurmuşdular. Partiya 40 nəfərdən ibarət parlament quraraq, Birinci Şərqi Türkistan Respublikasının prezidenti Niyazi Xocaya iki nəfərlik nümayəndə heyəti göndərmişdi.[1][2] Partiya bir digər türk millətçisi təşkilat olan Milli İnqilab Komitəsi ilə yaxın əlaqələrə sahib idi.[3]