Timur Bəy (uyğ. تیمور بیگ), və ya Timur Sijan (1886, Küçə[d] – 1933, Qaşqar, Sincan[d]) — briqada generalı, 1933-cü ildə Şərqi Türkistanda Kumul üsyanı zamanı üsyan liderlərindən biri. 1933-cü ildə Qaşqar döyüşündə iştirak etmiş və daha əvvəl Turfan üsyanı rəhbərlərindən olmuşdur (1932). Türk milliyyətçi partiyası Gənc Qaşqar Partiyasına aktiv üzv olmuş və özünü "Timur Şah" olaraq elan etmişdir.[1] Timur Bəydə Xotan əmirləri Buğra qardaşları (Məhəmməd Əmin Buğra, Abdulla Buğra və Nur Əhməd Can Buğra) kimi Şərqi Türkistanı Çindən ayrılaraq müstəqil görmək istəyirdi. 1933-cü ilin avqustunda onun qoşunları Qaşqar yaxınlığında general Ma Zçanqın rəhbərliyindəki Çin Respublikası Milli İnqilab Ordusunun hueylərdən ibarət 36-cı Diviziyası tərəfindən hücuma məruz qaldı. Timur Bəy qətlə yetirilərək, başı kəsildi. Ma Zçanq onun başını 1933-cü il avqustun 9-da Qaşqar şəhərində İd Kah məscidin yaxınlığında asaraq ümumi tamaşaya qoydu.[2][3]
Timur Bəy | |
---|---|
uyğ. تیمور بیگ | |
Şah | |
Vəzifədədir | |
1933-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Külçə, Şərqi Türkistan, Sin İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Qaşqar, Sincan |
Vəfat səbəbi | baş kəsmə |
Partiya | Gənc Qaşqar Partiyası |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Hərbi xidmət | |
Döyüşlər |
* Kumul üsyanı * Turfan üsyanı |
Rütbəsi | Briqada generalı |