Gənzəçay — Ordubad rayonu ərazisində çay. Arazın sol qolu.[1]
Gənzəçay | |
---|---|
Ölkə | |
Uzunluğu |
|
Hövzəsinin sahəsi | 45 km² |
Zəngəzur silsiləsinin cənub-qərb yamaclarından (2700 m. hündürlükdən) başlanır. 620 m hündürlükdə, Ordubad şəhəri yaxınlığında Araza tökülür. Uzunluğu 17 km, hövzəsinin sahəsi 45 kv. km-dir. Əsasən yeraltı sular və qar suları ilə qidalanır. Yaz-yay daşqınları və güclü sellər müşahidə olunur. Suvarmada istifadə olunur.[1]