GMR (jurnal)

"GMR" — ABŞKanada aylıq videooyun jurnalı. "Ziff Davis" tərəfindən nəşr olunurdu. "GMR" 2003-cü ilin fevralında fəaliyyətə başlamış, ilk vaxtlarda yalnız Electronics Boutique (EB) videooyun mağazalar şəbəkəsində satılmışdır. Jurnalın fəaliyyəti düz iki il davam etmişdir.

GMR
Təsis tarixi 2003
Nəşrini dayandırıb 2005
Ölkə
Dil ingilis dili[1]
ISSN 1544-6816
gmr.1up.com

Jurnal "Electronics Boutique" tərəfindən maliyyələşdirildiyi üçün "Gamestop" şirkəti "EB Games" ilə birləşdirildiksən sonra jurnalın dövriyyəsi dayandırılmışdır. Buna səbəb "Gamestop"un öz jurnalı olan "Game Informer" idi.

Ninja Gaiden qalmaqalı

[redaktə | mənbəni redaktə et]

"GMR" 2003-cü ilin avqust nömrəsinin çıxarılmasından sonra nüfuzuna xələl dəymişdir. Bu, zamanlar çox gözlənilən "Xbox" döyüş oyunu "Ninja Gaiden" üçün eksklüziv ilk resenziya kimi təqdim edilmişdir. Oyun nömrənin üz qabığında nümayiş etdirilmişdi və ona əla rəy verilmişdi, lakin çox keçməmiş, oyunun istehsalçısı onun buraxılışını 2004-cü ilin əvvəlinə qədər təxirə salmışdır. Beləliklə, "GMR" tərəfindən yayımlanmış resenziya oyunun istehsalda olan versiyasına əsaslandığı üçün etibarsız sayılmışdır.[2]

  1. 1 2 3 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 1544-6816
  2. Ninja Gaiden Review. August 2003. 42–45.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]