Guangdong Galanz Enterprises Co., Ltd. (Çincə: 格兰仕; pinyin: Gélánshì) baş ofisi Foşan, Guangdong şəhərində yerləşən və 28 sentyabr 1978-ci ildə əsası qoyulmuş elektron məişət texnikası istehsalçısıdır. 2019-cu ilin yanvar ayına olan statistik məlumatlara əsasən, Galanz dünyada istehsal olunan mikrodalğalı sobaların təxminən yarısını istehsal edir.[1]
Galanz | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | İstehsalat |
Məhsulu | məişət texnikası |
Təsis tarixi | 1978 |
galanz.com galanz.com.cn galanz.co.jp galanzkorea.com |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu illər ərzində Galanz məhsul xəttini kondisionerlər, paltaryuyan maşınlar, toster sobaları, soyuducular və digər məişət texnikaları ilə genişləndirmişdir.[2] Şirkətin hal-hazırda Foşan şəhərinin Shunde rayonunda və Zhongshan şəhərində istehsal bazaları mövcuddur və şirkətin baş ofisində 13 törəmə müəssisə, Çin üzrə 52 satış ofisi və Honq-Konq, Yaponiya, Koreya, Avropa və Şimali Amerikadakı filialları əhatə edən 50.000-dən çox işçisi mövcuddur.
1978-ci ildə Liang Qingde tərəfindən qurulan Galanz əvvəlcə ördək tüklərinin ticarəti ilə məşğul olan bir şirkət olmuşdur.
1992-ci ildə Galanz məişət texnikası sənayesinə daxil olmuş və mikrodalğalı sobaların Çinin gündəlik həyatına daxil olmasına imkan yaratmışdır.
1993-cü ildə Galanz şirkəti sınaq üçün 10.000 ədəd mikrodalğalı soba istehsal etmişdir.
1995-ci ildə Galanz 25,1%-lik bazar payı ilə Çinin mikrodalğalı soba bazarında birinci yeri tutmuşdur.
1998-ci ildə Galanz 40%-lik qlobal bazar payı ilə dünyanın ən böyük mikrodalğalı soba istehsalçısı olmuşdur.
1999-cu ildə Galanz-ın istehsalı və satışı 6 milyon ədədi keçmişdir.
2000-ci ildə Galanz kondisioner və soyuducu sənayesinə daxil olmuşdur.
2001-ci ildə Galanz şirkətinin qlobal istehsalı və satışı 12 milyon ədədə yüksəlmişdir.
2002-ci ildə Galanz şirkəti elektriklə işləyən soba sənayesinə daxil olmuşdur.
2007-ci ildə Galanz qlobal bazarda soyuducu, paltaryuyan, quruducu və qabyuyan məhsullarını təqdim etməyə başlamışdır. Elə həmin il Galanz mərkəzi kondisioner sənayesinə daxil olmuşdur.
2009-cu ildə Galanz toster sobalarının 1 nömrəli ixracatçısına çevrilmişdir.
2014-cü ildə ChinaDaily Galanz şirkətini Çində ilk on məişət texnikası istehsalçısı arasında 8-ci yerə layiq görmüşdür.[2]
2015-ci ildən Galanz şirkəti tam avtomatik istehsal xətləri yaratmağa başlamışdır.
28 sentyabr 2019-cu ildə Galanz şirkəti, tərsinə fərdiləşdirilmiş eksklüziv çiplərə nail olan məişət texnikası müəssisəsinə çevrilərək ilk IoT cihaz çipini — "BF-Xijiao"nu beynəlxalq bazarlara təqdim etmişdir.
2020-ci ildə Foşanın Şunde rayonunda yerləşən Galanz şirkətinin Sənaye 4.0 istehsal bazasının birinci mərhələsi öz fəaliyyətinə başlamışdır.[3]
2021-ci ildə Galanz şirkəti Whirlpool(Çin) üçün təklifini tamamlamış və onun hakim səhmdarına çevrilmişdir.[4]
29 may 2021-ci il axşam saatlarında Galanz şirkəti tərəfindən hazırlanmış olan dünyanın ilk aerokosmik mikrodalğalı sobası kosmosa göndərilmişdir.[5]