Gasterosteiformes

Tikanbalığıkimilər (lat. Gasterosteiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.

Tikanbalığıkimilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Dəstə:
Tikanbalığıkimilər
Beynəlxalq elmi adı

Müxtəlif ölçülü, başlıca olaraq xırda balıqlardır. 20 sm-ə qədərdirlər. Rostrumu konusşəkilli, bəzən boruşəkillidir. Ağzı hərəkətlidir. Qəlsəmə qapağı sümükləri yaxşı inkişaf etmişdir. Dişlər çənələrin və udlaqqəlsəmə sümüklərinin üzərində yerləşir. Qabırğaları sərbəstdir.Bel üzgəcləri iki olarsa birincisi ayrı-ayrı tikanlar şəklindədir. Burnu adətən boruşəkillidir. Həm dənizdə, həm də şirin sularda yaşayanları var. Dəstədə 9 fəsilə, 55-ə qədər cins, 200-dən artıq növ vardır. Xəzərdə tikanbalıqları fəsiləsi ilə təmsil olunmuşdur. Uzunburunlar və tikanbalıqlar isə nisbətən yaxşı öyrənilib, lakin bunların da vətəgə əhəmiyyəti yoxdur.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 330.