Gavurbağı — İraqda qəzet. 29 iyun 1959-cu ildə təsis edilmişdir.
"Gavurbağı" (qəzet) | |
---|---|
Yaranma tarixi | 29 iyun 1959 |
Dil | ərəb dili |
Şəhər | Bağdad |
Ölkə | İraq |
İlk sayı 29 iyun 1959-cu ildə dərc olunmuş "Gavurbağı" 15 sentyabr 1960-cı il tarixində 34-cü sayını çap etmişdi Qəzet 26 sentyabr 1960-cı il tarixində yenidən "Kərkük"ə çevrildi. "Gavurbağı"nın birinci səhifəsində ilk dəfə təsbit olunmuş "türkmanca qismi" ifadəsi daha əvvəl "Kərkük" qəzetinin ilk səhifəsində "türkcə qismi" şəklində idi. Qəzetin iki sayı çap edildikdən sonra "türkmanca" ifadəsi götürüldü və "Gavurbağı" ancaq ərəb dilində çap olunmağa başlamışdır. Qəzetin ilk səhifəsini bəzəyən "Gavurbağı" dizaynı qırmızı olmaqla, yanında neft qülləsi və yaşıl rəngdə sünbül təsvir edilmişdi. 29-cu sayından etibarən qəzet qara rəngdə çıxmağa başladı.[1]