Gecə evinə tək qayıdan bir qız

Gecə evinə tək qayıdan bir qız (farsca : دختری در شب تنها به خانه میرود Dokhtari dar šab tanhâ be xâne miravad) — İran-Amerikalı kinorejissor Ana Lili Əmirpur tərəfindən 2014-cü ildə çəkilmişdir. İranın ilk "Vampir-Vestern" janrlı filmi hesab edilir. Filmdə hadisələr "Bad City"-də baş verir.

Gecə evinə tək qayıdan bir qız
ing. A Girl Walks Home Alone at Night
Janr qorxu filmi[1][2]
Baş rollarda
Distribütor Netflix
İlk baxış tarixi 19 yanvar 2014[5], 23 aprel 2015[6]
Müddət 101 dəq.
Gəlir 589.307 $[7], 628.000 $
Ölkə
Dil fars dili
Rəng rəngli, ağ-qara[d]
Çəkiliş yeri Kaliforniya
IMDb ID2326554

İranın "Bad City" qəsəbəsində qəribə hadisələr baş verir. Bu ruhlar qəsəbəsində fahişələr , narkotik maddə istifadəçilər, qadın alverçiləri və bir çox kasıb insanda yaşamaqdadır. Ölüm və ümidsizliyin hökm sürdüyü bu qəsəbədə "Qız" adlı vampir qadın cinayətkarları izləməyə və öldürməyə başlayır."Qız"-ın məqsədi qəsəbəni pis insanlardan təmizləməkdir. Araş , atasının narkotik asılılığına görə öz maşınını narkoalverçiyə verməyə məcbur qalır. Maşın götürməyə gedəndə narkoalverçi olan Səidin öldüyünü görür. "Qız" Araşın atasını da izləməyə başlayır. Təsadüfən qarşılaşan Araş və "Qız" heç gözləmədikləri anda bir-birilərinə aşiq olurlar.

  • Şeyla Vand — Qız
  • Araş Mərəndi — Araş
  • Marşall Meniz — Hüseyn
  • Dominik Reinz — Səid
  • Mozhan Marno — Atti

Film Cənubi Kaliforniyadakı Taft studiyalarında çəkilib. Film Ana Lili Əmirpurun eyniadlı qrafik romanı əsasında çəkilib.