Gecə quşları (rəsm)

Yuxusuzlar (ing.Nighthawks) — məşhur ABŞ rəssamı Edvard Hopper tərəfindən 1942-ci ildə çəkilmiş rəsm əsəri. Bu rəsm əsəri Edvard Hopperin ən məşhur əsəri və ABŞ incəsənətinin ən tanınmış işlərindən biridir. Rəsm əsərində gecəyarısı kafedə oturan bir neçə nəfər təsvir olunmuşdur.

Yuxusuzlar
Nighthawks
Rəsm əsərinin görünüşü
Rəsm əsərinin görünüşü
Rəssam Edvard Hopper
Tarixi 1942
Üslubu məişət janrı[2]
Texnikası Yağlı boya
Ölçüləri 84,1 sm[1] × 152,4 sm[1]
Materialı yağlı boya[d][3][4]
Saxlanıldığı yer Çikaqo İncəsənət İnstitutu
Vəziyyəti saxlanılır
Saytı artic.edu/artworks/111628
İnventar nömrəsi 1942.51[5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəsm əsərinin adı olan "Nighthawks" ingilis dilindəki "Night Owl" (Gecə bayquşu) ifadəsindən yaranmışdır. Hopper bu ifadə ilə gecəyarısına qədər yatmayan insanları təsvir etmək istəmişdir. Hopperin evinin yerləşdiyi Manhettindəki Qrinviç Villasınını yaxınlığındakı kiçik bir kafe ona ilham vermişdir. Rəssam bu işinə Pörl-Harbora hücum hadisəsindən sonra başlamışdır. Bu hadisədən sonra ölkə üzərinə çökən ab-hava rəsmdə də əks olunmuşdur. Əsərdə küçədə heç bir insan yoxdur və restoranın içində olanlar isə danışmırlar. Hərəsi öz düşüncəsinə qapılmış kimidir. Bu üç müştəridən ikisi birlikdədir. Digəri isə izləyiciyə arxasını çevirmişdir. Birlikdə olan müştərilərin burunları dimdik formalıdır. Restoranın tək işçisi isə bir tərəfdən işi ilə məşğul olub, bir tərəfdən küçəyə baxmamaqdadır.

Restoranın kənarı qövsvaridir və kənarlarını şüşə birləşdirir. Müştərilərin geyimlərinə əsasən havanın mülayim olduğunu təxmin etmək olar. Heç bir yerdə palto yoxdur və qadın qısaqollu paltar geyinmişdir. Restoranın işığı küçəyə də düşməkdədir.

Hopperin işlərində tez-tez rast gəlinən müasir həyatdakı boşluq mövzusu da bu rəsm əsərində əks olunmuşdur. Xüsusilə arxasını izləyiciyə çevirən müştərinin tənhalığı diqqət çəkir. Rəsmə baxanda stolun üçbucaq formasında olduğu və çıxışının olmadığı görünür. İşçi sanki burada tələyə düşmüşdür. Həmçinin rəsm əsərində restoranın qapısının görünməməsi həbsetməyə işarə verir. Hopper bunları inkar etsə də, şəhər tənhalığını təsvir etmək istədiyini etiraf etmişdir.

Restoranın sərlövhəsində isə "Phillies" siqar markasının reklamı edilmişdir.

Bir çox rəssam bu əsərdən ilham alıb. İlk belə əsər Corc Seqalın "Qəlyanaltı" (1964-1966) rəsm əsəridir. Rocer Brounun "Pueorto-Riko axşamı" əsərində də "Yuxusuzlar" əsərinə bənzər restoran əks olunmuşdur. Bu əsərdən təsirlənən digər rəssamlar isə Ralf Qoinqs ilə Riçard Estes idi.

1970-ci ildə rəsm əsərinə açıq-aydın bənzəyən əsərlər yaradıldı. Belə rəsm əsərlərindən ən məşhuru Qottfrid Helvaynın "Sınıq arzular bulvarı" əsəridir. Bu əsərdə 3 müştəri Hamfri Boqart, Merilin MonroCeyms Din ilə yer dəyişdirdi. Restoran işçisi isə Elvis Presli oldu. Hopperin məktəb yoldaşı Gil Levinə görə Helvayn 1940-cı ildəki şəraitlə bu məşhurların kədərli sonluqlarını əlaqələndirmişdi. Mark Kostabinin "Qrinviç prospekti" (1986) və Red Qrumsun "Yuxusuzların qayıdışı" (1980) əsərləri də "Yuxusuzlar"a əsasən çəkilmişdir.

Hopper film həvəskarı idi. Tənqidçilər onun bu əsəri ilə filmlər arasında müəyyən oxşarlıqlar tapdılar. Nuar filmlərdən ilhamlandığı digər rəsm əsəri də "Gecə kölgələri"dir (1921). Onun bəzi əsərləri "Çapıqlı üz" (1932) və "Kiçik Sezar" (1930) kimi qanqster filmlərindəki epizodları xatırladır.

Alman rejissor Vim Vendersin 1997-ci ildə çəkdiyi "Şiddətin sonu" filmində bir epizodda rəsm əsəri canlandırılmışdı. Venders əsərin rejissorlar üçün cazibədar olduğunu bildirmişdi. "Bərk şəkər" (2005) filmində də rəsm əsəri ilə bağlı epizodlar vardır. Filmdə Hayli ilə Ceffin görüşdükləri restoranın adı "Yuxusuzlar"dır və sonra Hayli Ceffə üzərində əsərin şəkli olan köynək alır.

"İndiana Cons və Büllür kəllə krallığı" filminin restoran səhnəsində də əsərdəki ilə eyni vəziyyət müşahidə olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 ARTIC (ing.). Art Institute of Chicago.
  2. http://www.visual-arts-cork.com/paintings-analysis/nighthawks.htm.
  3. https://www.artic.edu/artworks/111628/nighthawks.
  4. Art Institute of Chicago. 1879.
  5. https://www.artic.edu/artworks/111628.