Merilin Monro (ing. Marilyn Monroe, əsl adı ing. Norma Jeane Mortenson; 1 iyun 1926[1][2][…], Los-Anceles, Kaliforniya, ABŞ[5] – 4 avqust 1962[3] və ya 5 avqust 1962[4], Brentvud (Los-Anceles), Kaliforniya) — amerikan kino aktrisası, müğənni və model. XX əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından və pop ikonlarından biridir. İllərcə kiçik rollarda özünü göstərdikdən sonra "Gentlemen Prefer Blondes", "How to Marry a Millionaire", "Some Like It Hot ve The Seven Year Itch" kimi filmlərdə göstərdiyi komediya bacarığı, cazibəsi və ekrandakı görünüşü 1950 və 1960-cı illərin əvvələrində ən populyar kino ulduzlarından biri olmasını təmin etdi. Karyerasının sonlarına doğru nailiyyətləri daha da artdı.
Merilin Monro | |
---|---|
ing. Marilyn Monroe | |
| |
Doğum adı | Norma Cin Mortenson |
Doğum tarixi | 1 iyun 1926[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 avqust 1962[3] (36 yaşında) və ya 5 avqust 1962[4] (36 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | ABŞ |
Həyat yoldaşı |
|
Partnyoru | |
Fəaliyyəti | aktrisa, müğənni, model |
Fəaliyyət illəri | 1947-1962 |
Təhsili |
|
Boyu | 1,66 m |
Mükafatları | |
IMDb | ID0000054 |
Rəsmi veb-saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
"Bus Stop" ve "The Misfits" kimi kinolarda dramatik rollarda da özünü göstərdi və bənzəri görülməmiş populyar bir maraq nəsnəsi halına gəlib, qazandığı bu şöhrət ilə zamanının digər ulduzlarını geridə qoydu. Halbuki, xalqın gözündə yaratdığı xoşbəxt imicinin əksinə, şəxsi həyatında yaşadığı məyusluqları və güvənsizlikləri onsuzda var olan problemlərini daha da dərinləşdirdi. Xüsusilə 1950-ci illərin sonu 1960-cı illərin əvvəllərindən etibarən səhhətində olan müxtəlif problemlər və şəxsi problemləri karyerasına da mənfi təsir göstərmiş və Monronun işləməsinə mane olmuşdur. Yenə də ölümündən sonra şöhrəti get-gedə artaraq bütün zamanların ən önəmli mədəniyyət fiquru və ikonası olmuş və digər məşhurlar tərəfindən təqlid edilmişdir. Ölümü rəsmi olaraq yüksək dozada yuxu həbblərindən qaynaqlana biləcək intihar olaraq qeyd edilsə də ölüm səbəbi haqqında bir çox ehtimal irəli sürülmüş, sui-qəsd nəzəriyyələri yaradılmışdır. Monro 1999-cu ildə Amerika Kino İnsitutunun bütün zamanların ən böyük qadın kino ulduzları sıralamasında altıncı sıraya layiq görülmüşdür.
Merilin, Norma Cin Mortenson adı ilə 1 iyun 1926-cı ildə[7] Los-Anceles Dövlət Xəstəxanasında doğulmuşdur. Tərcümeyi-halını yazan bir çox adama görə bioloji atası anasının Rko studiyalarında film redaktoru olaraq birlikdə çalışdığı Çarlz Stenli Gifford adlı biridir. Bəziləri isə anası Qledis Perl Beykerin ikinci əri olan Martin Edvard Mortensonun onun atası olduğunu iddia edir. Qledisin bundan başqa əvvəlki evliliyindən də Robert Kermit Beyker və Bernis Beyker (Miracle) adlarında iki uşağı da var idi. Qledisin şizofreniya xəstəliyi səbəbindən xəstəxanaya aparılmasının ardından Monro bundan sonrakı həyatını bir yetimxanada və müxtəlif baxıcı ailələrin yanında keçirmək məcburiyyətində qaldı. Monronun dayısı Marion da həmçinin həmin xəstəxanaya yatırdılmış və xəstəxanadan çıxdıqdan sonra özünü asmış, nənəsi Della və babası Otis də manik depressiya xəstəliyindən əziyyət çəkmişdilər. Norma Cin yeddi yaşına qədər həddindən artıq dindar bir ailə olan Albert və Ida Bolender cütlüyü ilə yaşamışdır.
Daha sonra anası Qledisin bir ev almasıyla təkrar onunla yaşamağa başlamasına baxmayaraq anasının ağıl xəstəliyinin pisləşməsinə görə anasının ən yaxın yoldaşı Qreys Makkinin himayəsi altına girmişdir. Ancaq onun 1935-ci ildə Ervin Silliman Qoddardla evlənməsinin ardından Los-Anceles uşaq evinə verilib. İki il sonra Qreys onu geri götürməsinə baxmayaraq, əri Ervin Silliman Qoddardın kiçik qıza cinsi təcavüz etməsinin ardından doqquz yaşındakı Monro, bu səfər də böyük bibisi Oliviya Bruninqslə yaşamağa göndərilmişdir. Ancaq orada da Oliviyanın oğulları tərəfindən hücuma uğrayınca Qreysin yaşlı bibisi Ana Louerin yanına göndərilməsi məsləhət görülmüşdür. Ana Louerin sağlamlığı bir müddət sonra pozulmağa başlayınca Norma Cin, Qreys və Ervin Qoddardın yanına geri dönmüşdür. Bu dövrdə Norma Cin, hələ 16 yaşındaykən qonşusunun 21 yaşındakı oğlu Ceyms Dogteri ilə tanış olub bir müddət sonra onunla evlənmişdir. Dörd il davam edən evlilikdən sonra boşanmış və The Blue Book manekenlik agentliyində modellik etməyə başlamışdır. Yenə bu dövrdə aktyorluq və müğənnilik kurslarına qatılıb və saçını kəsdirib, sarı rəngə boyatmıştır.
Qısa zaman ərzində "The Blue Book" adlı model şirkətinin ən məşhur modelinə çevrilən Norma, dəfələrlə maqazin jurnallarının üz qabığı oldu. Bu "20th Century Fox"un baş icraçısı Ben Lyonun diqqətini cəlb etdi və onun üçün sınaq çəkilişi təşkil etdi. Eyni zamanda onunla altı aylıq müqavilə imzaladı. Lyonun tövsiyələri nəticəsində adını Merilin Monro olaraq dəyişdirən Norma Jean, "Scudda Hoo! Scudda Hay!" və "Dangerous Years" adlı iki filmə çəkildi. Ancaq hər iki filmin reytinq qazanmaması Monronun filmlərdən uzaqlaşmasına, Fox şirkətinin Monro ilə yeni bir müqavilə imzalamamasına görə isə bir müddət gözdən itməsinə səbəb oldu. Modelliyini davam etdirən Monro həmçinin aktyorluq dərslərinə də yazıldı. "Ladies of the Chorus" adında bir filmdə, ilk dəfə mahnı oxuyaraq rəqs etmə şansı qazandı. Daha sonra "The Asphalt Jungle" və "All About Eve" filmlərində iki qısa rol oynadı. Bu filmlərdəki qısa, amma cəlbedici rollarıyla tənqidçilərin diqqətini çəkdi. Sonra 2 il "We're Not Married!", "Love Nest", "Let's Make It Legal" və "As Young as You Feel" kimi filmlərdə kiçik rollarda göründü. Beləliklə RKO icraçıları Monronun box office potensialını Fritz Lanqın "Clash of Night" adlı filmində istifadə etdilər. Filmin böyük reytinq qazanmasından sonra Fox eynən "Monkey Business" adlı komediya filmində çəkdilər. Hər iki komediya filminin reytinqlərini gördükdən sonra tənqidçilər bunu, Monronun artan şöhrətinə bağladılar. 1952-ci ildə Monro "Don't Bother to Knock" adlı filmdə baş rol — psixoloji problemləri olan körpə baxıcısını oynamaq şansı qazandı. Az büdcə, B tipi bir film olmasına və qarışıq tənqidlər almasına baxmayaraq tənqidçilər Monronun daha böyük rollarda oynaya biləcəyinə inanmışdılar.
Monro, 1953-cü ildə oynadığı "Niagara" filmiylə məşhur oldu. Tənqidçilər filmin qaranlıq ssenarisi qədər, Monronun kameraya olan uyğunluğunu da ön plana çəkdilər. Monro bu filmdə ərini öldürməyə çalışan qadın rolunu oynadı. Bu dövrdə bir zamanlar verdiyi cəzbedici pozalarda şəkillər ortaya çıxdı. Çıxan şayiələrə görə Monro bunu ac qaldığı üçün, karyerasına son verəcəyi üçün etmişdi. Daha sonra mətbuata təmənnasız verdiyi çılpaq pozaları ilə şayiələri aradan qaldırdı. Bu şəkillər, daha sonra "Playboy" jurnalının ilk buraxılışında yayımlandı.
Monro sonrakı aylarda çəkildiyi "Gentlemen Prefer Blondes" və "How to Marry a Millionaire" adlı filmlərin böyük uğur qazanması ilə A sinif aktrisalar sırasına daxil oldu. Bu filmlərdən sonra "River of No Return" və "There's No Business Like Show Business" adlı filmləri isə uğuru tapmamış oldu. Bu dövrdə uzun zamandır sevgili olduğu beyzbol ulduzuı Joe Dimaggio ilə evləndi. Ancaq cütlük 9 ay sonra boşandı. Studia başçısı Zanuckun ona verdiyi axmaq sarışın rollarından bezən Monro, 1955-ci ildə "The Seven Year Itch" adlı filmi bitirdikdən sonra müqaviləni ləğv edərək New York'daki "Actor's Studio"'ya incəsənət dərsi almağa getdi. Bu zaman ona təklif olunan "The Girl in Pink Tights", "The Girl in the Red Velvet Swing" və "How to Be Very, Very Popular" kimi filmlərdə oynamağı rədd etdi. "Actors Studio"daki təhsili dönəmində üçüncü həyat yoldaşı yazıçı Artur Miller ilə tanış olan Monro, daha sonra onunla evləndi.
Nyu Yorkda olarkən fotoqraf Milton H. Greene ilə özünün şəxsi istehsal şirkəti "Marilyn Monroe Productions"ı yaratdı. Monronun yoxluğunda izləyicilərə təqdim olunan Ceyn Mensfild və Şiri Nort kimi filmlərin uğur qazanmamasına görə və "The Seven Year Itch" filminin uğuruna görə Zanuk onu geri çağırıb istədiyi şərtlərlə yeni kontrakt imzalatdı. Monro, bundan sonra sadəcə təsdiqlədiyi ssenarilər və təyin etdiyi yollarla işləyəcək və "Fox"dan başqa digər şirkətlərlə də işləyə biləcəkdi. 1955-ci ildə şirkətlə imzaladığı müqaviləyə görə istehsal şirkətinə bağlı olaraq Joshua Logan tərəfindən "Bus Stop"a çəkildi. Bu filmdə salon müğənnisi Cherie rolu ilə ilk dram performansını göstərərək tənqidçilərdən böyük tərif qazandı və Qızıl Qlobusa namizəd oldu. Bu filmdən sonra yoldaşı Artur Millerlə Londona gedərək Lourens Olivye ilə birlikdə "The Prince and the Showgirl" adlı filmə çəkildi. Bu filmin tənqidçilər tərəfindən qarışıq fikirlərin gəlməsinə baxmayaraq özəlliklə Avropada Monro bacarığı ilə böyük təriflər qazandı. Və Oskara bərabər olan italyan "David di Donatello" və fransız "Crystal Star" mükafatlarını qazandı. Eyni zamanda da İngilis BAFTA mükafatına da namizədliyini irəli sürdü. Filmin bitməsindən sonra Londona qayıdan Monro hamilə olduğunu öyrənir, ancaq nigahdan kənar olduğu üçün körpəsini aldırır.
Merilin, 1959-cu ildə karyerasının ən mühüm filmi, onu məşhurluğun zirvəsinə aparan Billy Wilder'ın rejissorluğu ilə çəkilən "Some Like It Hot", oldu. Monro bu filmdəki aktyor qabiliyyətinə görə bir Qızıl Qlobus mükafatı qazandı. Ancaq bu filmdə Monronun bacarığı ilə bərabər pərdə arxasında yaşanan hadisələr su üzünə çıxmağa başladı. Özəlliklə Monronun çəkilişlərə həmişə gecikməsi, sözləri unutması, zamanla otağından çıxmaq istəməməsi ilə çəkilişlərə qatılmaması rejissor Billy Wilder ilə münasibətlərinin korlanmasına səbəb oldu. Bunlardan başqa hamilə olduğunu anlayan Monro filmin bitməsindən sonra uşağını itirdi. Bu filmdən sonra çəkildiyi "Let's Make Love" filmi isə kritik və ticari baxımdan uğursuz oldu. Amma yenə də filmdə səsləndirdiyi "My Heart Belongs to Daddy" mahnısı xit oldu. Bu filmdə rol yoldaşı Iv Montan ilə qısa və yasaq münasibət yaşadı.
Merilin, daha sonra ssenarisini əri Artur Millerin yazdığı 1961-ci il istehsalı "The Misfits" filmində Klark Qeybl ilə birlikdə başrolda oynadı. Film boyunca Monronun psixoloji və fiziki problemləri, alkoqol və həb asılılığı, iki dəfə yorğunluq və əsəb pozğunluğu səbəbilə xəstəxanaya yatması çəkilişlərə tez-tez gecikməsinə, çox böyük problemlərin olduğu bu film tənqidçilərin və izləyicilərin diqqətini çəkdi. Gözləniləndən daha az satılması və tənqidlərin çoxluğu filmə olan gözləntiləri doğrultmadı. The Misfits, eyni zamanda Klark Qeybl ilə son filmi olacaqdı. Bu filmdən sonra Monro, yoldaşı Artur Millerdən boşandı. Boşanmadan sonra depresiya səbəbi ilə Peyn Uitni Psixiatrop Klinikasında yatdı. 1962-ci ildə "Something’s Got to Give" adlı komediya filmində oynamağa qərar Verdi. Bu film eyni zamanda Monronun ilk çılpaq səhnələrinin olacağı film idi. Ancaq film boyunca xəstə olduğunu irəli sürən və eşq yaşadığı irəli sürülən C. F. Kennedi ad günü üçün mahnı oxumağa getməsinə görə Fox şirkəti tərəfindən filmdən qovuldu, müqaviləsi ləğv edildi və film şirkəti təzminat davası açıldı. Fox şirkəti filmi tamamlamaq üçün Lee Remick ilə müqavilə imzalamasına baxmayaraq Monronun filmdəki rol yoldaşı Din Martinin başqası ilə oynamaq istəmədiyini bildirdikdən sonra Monronu geri çağırdılar. Ancaq film çəkilişlərinin təkrar başlamasına az qala Monro yüksək dozada sakitləşdirici qəbul edərək 5 avqust 1962-ci ildə Brentvud, Los-Ancelesdəki evinin yataq otağında hələ 36 yaşında həyatdan köçdü. Ölümün ardından fərqli fikirlərin irəli sürülməsi və yüksək dozda Barbitürat alımı nəticəsində intiharın elan edilməsinə qarşı, hadisə yerində dəlil çatışmazlığı, klinik testlər üçün götürülənlərin sonradan yoxa çıxması və başda köməkçisi Eunice Murrey olmaqla hadisə şahidlərinin fərqli ifadələri ölüm səbəbinin cinayət olduğuna və siyasi səbəblərdən Cia, Mafiya və Kennedi ailəsinin buna səbəb olduğuna dair bir çox təsdiq olunmamış fərziyyələr ortaya atıldı. Monronun bədəni daha sonra köhnə yoldaşı Co Dimacioya təslim edildi və onun təşkil etdiyi dəfn mərasimi ilə 8 avqust 1962-ci ildə Westwood Village Memorial Park Məzarlığında dəfn edildi.