Geldeqan Mərkəzi Məscidi

Makki Davudov adına Geldeqan Mərkəzi Məscidi (çeç. Гелдагана маьждиг Даудова Макка цӀарах дина) — Geldeqan kəndinin mərkəzi küçədə yerləşən baş Cümə məscidi. Dini ibadətgah Geldeqan kəndinin əsas simvolu və görməli yeridir.

Makki Davudov adına Geldeqan cümə məscidi
çeç. Гелдагана маьждиг Даудова Макка цӀарах дина
Məscidin uzaqdan görünüşü
Məscidin uzaqdan görünüşü
Xəritə
43°12′53″ şm. e. 46°02′21″ ş. u.
Ölkə Rusiya Rusiya
Çeçenistan
Status cümə məscidi
Şəhər Geldeqan kəndi, Kurçaloyevski rayonu
Rayon Kurçaloyevski rayonu
Yerləşir Əhməd Kadırov küçəsi
Tikilmə tarixi 2010-2011 oktyabr
Üslubu Osmanlı memarlığı
Hündürlüyü 47 metr
Sahəsi 1822 kv.m.
Minarələri 4
Günbəzləri 1 əsas 4 əlavə
Material mərmər-travertin (divarlar)
Vəziyyəti fəaliyyət göstərir

1883-cü ilə kimi Geldeqan kəndində 5 məscid, o cümlədən, əsas Cümə məscidi və 4 məhəllə məscidi fəaliyyət göstərirdi.[1]

2010-cu ildə Geldeqanda Makki Davudov adına məscidin təməli qoyulmuş, tikintisi 2011-ci ilin oktyabrında başa çatdırılmışdır.[2] Məscid rəsmən 25 oktyabr 2011-ci ildə açılıb. Məscidin təntənəli açılışına kənd sakinləri toplaşmış, Çeçenistan Respublikasının əsas rəsmiləri gəlmiş, respublikanın rəhbəri Ramzan Kadırov isə əhali qarşısında çıxış etmişdir.[3] Məscid Ramzan Kadırovun adından onun ən yaxın silahdaşı, Çeçenistan Respublikası Parlamentinin sədri Maqomed Daudovun anası - Makki Daudovanın şərəfinə ucaldılıb.[4]

Məscidinn gecə vaxtı görünüşü

Geldeqan cümə məscidinin bina nadir ağ mərmərlə işlənib. Binada tamamlama işlərində istifadə edilən mərmər Türkiyədən gətirilib. Məscidin günbəzləri və kirəmitli rəsmlər qızılla örtülmüşdür. Məsciddə eyni vaxtda 3 minə qədər dindar namaz qıla bilər. Məscidin ərazisində axşan çağı yandırılan və binaya xüsusi gözəllik verən 300 dekorativ lampa quraşdırılıb. Məscidin künclərində dörd minarə inşa edilib. Hər minarədə iki dairəvi eyvan var.

Cümə məscidinin qarşısındakı parkda iki fəvvarə quraşdırılıb. Məscid kompleksinə ayrıca dəstəmaz almaq üçün iki tikili inşa edilib. Bunlar qış otağı və yay otağıdır. Hər ikisi dəmir köşk ilə əhatə olunmuşdur. Cümə məscidinin ətrafı abadlaşdırılıb və kiçik park salınıb. Parkda xiyabanlar abadlaşdırılıb, həmişə yaşıl qazonlar salınıb. Landşaft dizaynerləri məscidin ətrafına Hollandiyadan xüsusi olaraq gətirilmiş gül və ağaclar əkiblər. Məscid Geldeqan kəndinin əsas rəmzlərindən biridir.[3]

2018-ci ilin avqustunda məscidin ərazisində Yusup Temirxanovun dəfn mərasimi keçirilmişdir. Bu müddət ərzində dəfn mərasimində bir neçə on min insan - Çeçenistan Respublikasının sakinləri, İnquşetiya, Dağıstan və digər Qafqaz respublikaları əhalisi iştirak etmişdir.[5][6][7][8].

  1. Н. П. ИнфоРост. "Список населенных мест Терской области : По сведениям к 1 янв. 1883 г.. - Владикавказ, 1885". elib.shpl.ru. 2017-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-17.
  2. "Анзор Давлетукаев. Гелдаган — вчера и сегодня". 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  3. 1 2 "Мечеть имени Макки Даудовой открылась в с. Гелдаген | Информационное агентство "Грозный-Информ"". www.grozny-inform.ru (rus). 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-13.
  4. "В чеченском селе Гелдаген открылась новая мечеть". ГТРК «Ставрополье» (rus). 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-13.
  5. Азамат Дадаев. "Юсуп Темирханов и Виталий Калоев. Москва вынуждена мириться с героизацией кавказских мстителей". onkavkaz.com. 2018-08-04. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-07.
  6. "Траур и похороны Темирханова - символизируют глубокую русофобию в Чечне или..." kavkaz-uzel.eu. 2018-08-04. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-07.
  7. Елена Милашина. Невольник мести[ölü keçid]
  8. Александр Черных. «Таких похорон никогда еще не было в Чечне, а может, и на всем Кавказе» // Коммерсантъ.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]