General-leytenant — Azərbaycan hərbi birləşmələrində və dövlət orqanlarında verilən ali rütbə. Hərbi və xüsusi rütbə olmaqla iki əsas qrupa bölünür. General-leytenant rütbəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən, əsasən, hərbi birləşmə və dövlət orqanı rəhbərlərinin müavinlərinə verilir.
General-leytenant | ||
---|---|---|
| ||
Ölkə | Azərbaycan | |
Təsis edilib | 5 sentyabr 1991 | |
Yuxarı rütbə | General-polkovnik | |
Aşağı rütbə | General-mayor | |
Analoji rütbə |
Vitse-admiral, II dərəcəli dövlət ədliyyə müşaviri, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri |
|
Vikianbarda əlaqəli mediafayllar |
SSRİ dövründə general-leytenant rütbəsi 7 may 1940-cı ildə təsis edilmiş və Fəhlə-Kəndli Qırmızı Ordusunun ali zabit heyətinə verilmişdir. Böyük Vətən müharibəsində və sonrakı illərdə bu rütbə müxtəlif kateqoriyalara bölünərək ittifaq respublikalarındakı, habelə Azərbaycan SSR-dəki şəxslərə SSRİ Nazirlər Sovetinin qərarı ilə verilmişdir.[1]
Azərbaycan 1991-ci ildə SSRİ-nin tərkibindən çıxaraq müstəqillik əldə etdikdən sonra general-leytenant rütbəsinin verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirmişdir.
"Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"na əsasən general-leytenant rütbəsi hərbi dəniz donanmasındakı vitse-admiral ali hərbi rütbəsinə, prokurorluq və ədliyyə orqanlarındakı II dərəcəli dövlət ədliyyə müşaviri, miqrasiya orqanlarındakı II dərəcəli dövlət miqrasiya xidməti müşaviri, vergi orqanlarındakı 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbələrinə, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə, eləcə də dövlət qulluğundakı 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə uyğundur.[2]
Azərbaycanda hərbi birləşmələr və dövlət orqanlarında general-leytenant rütbəsi aşağıdakı kimi təsnifatlaşdırılır:
Ali hərbi rütbələr | Ali xüsusi rütbələr | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
General-leytenant | Ədliyyə general-leytenantı | Polis general-leytenantı | Gömrük xidməti general-leytenantı | Ədliyyə general-leytenantı | Daxili xidmət general-leytenantı | Feldyeger xidməti general-leytenantı | ||||
Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə | Hərbi Hava Qüvvələrində | Dövlət Sərhəd Xidmətində | Dövlət Təhlükəsizliyi Xidmətində | Xarici Kəşfiyyat Xidmətində | Ədliyyə və prokurorluq orqanlarında | Daxili işlər orqanlarında | Gömrük orqanlarında | Ədliyyə və prokurorluq orqanlarında | Fövqəladə hallar orqanlarında | Feldyeger rabitəsi orqanlarında |
Rəhbər vəzifədə çalışan şəxslərin poqonları sünbül təsviri ilə haşiyələnir. Mərasim geyimlərində isə poqonların üzərinə qızılı rəngdə naxışlı örtük çəkilir.
Ali hərbi rütbələr | Ali xüsusi rütbələr | |||
---|---|---|---|---|
General-leytenant | Gömrük xidməti general-leytenantı | |||
Azərbaycan Ordusu və digər silahlı birləşmələrin rəhbəri vəzifəsində | Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsində | Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində | Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsində | Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində |