General Hüseyn Rəsulbəyov (1998)

Kinolent Azərbaycanın hərbi xadimi, artilleriya general-leytenantı, respublikanın əməkdar mühəndisi Hüseyn Rəsulbəyova həsr edilmişdir. H.Rəsulbəyov uzun illər Bakı Hava Hücumundan müdafiə dairəsi qoşunlarında məsul hərbi vəzifələrdə xidmətdə, 1966-1974-cü illərdə komandan olmuşdur. Ehtiyata çıxandan sonra (1975) Azərbaycan Respublikasının rabitə naziri vəzifəsində işləmişdir. Onun Azərbaycanın rabitə xidmətinin inkişafında misilsiz xidmətləri olmuşdur. 1941-1945-ci illər müharibəsində HHM qoşunları tərkibində briqada, diviziya birləşmələri qərargahında müxtəlif mühəndis vəzifələrində çalışmış, Odessa, Kerç, Sevastopol və Şimali Qafqazın (Krasnodar, Novorossiysk, Tuapse) müdafiəsində iştirak etmişdir.

General Hüseyn Rəsulbəyov
Janr bioqrafik
Rejissor Cəmil Quliyev
Ssenari müəllifi Nəriman Əbdülrəhmanlı
Operator Nizami Abbas
İstehsalçı "Yaddaş" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 1998
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan
İl 1998
Texniki məlumatlar 2 hissə
553 metr
35 mm
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Filmdə general-polkovnik Tofiq Ağahüseynov, general-mayor Mustafa Nəsirov, rabitə naziri Nadir Əhmədov H.Rəsulbəyov barəsində öz xatirələrini söyləyirlər.

Film haqqında[redaktə | mənbəni redaktə et]

Film Azərbaycan Respublikası Rabitə Nazirliyi və "AzEvrotel" Birgə Müəssisəsinin sifarişi ilə çəkilmişdir.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Cəmil Quliyev
Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı
Operator: Nizami Abbas
Səs operatoru: Əsəd Əsədov

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Rabitə Nazirliyi
"AzEvrotel" Birgə Müəssisəsi