General Qrant (ağac)

General Qrant
ing. General Grant
Ölkə ABŞ

General QrantNəhəng sekvoyadendron (Sequoiadendron giganteum) növünə aid olan, General Şerman ağacından sonra dünyada həcminə görə ikinci ən böyük ağacdır.

Tarix[redaktə | mənbəni redaktə et]

Ağac öz adını 1867-ci ildə general, Vətəndaş müharibəsi qəhrəmanı və ABŞ-nin 18-ci Prezidenti (1869-1877) Uliss Qrantın şərəfinə alır. 28 aprel 1926-cı ildə Prezident Kalvin Kulic onu "millətin Milad ağacı" elan edir.

Böyük diametrinə görə, General Qrant bir vaxtlar dünyanın ən böyük ağacı sayılırdı. 1931-ci ildə Nəhəng sekvoyadendronun başqa bir nüsxəsi General Şermanın biraz daha böyük bir həcmdə olduğu aşkarlanır. 29 mart 1956-cı ildə ABŞ Prezidenti Dvayt Eyzenhaver ağacı “Milli Tapınaq” və müharibədə ölənlərin memorialı elan edir. Belə hesab edilir ki, bu ağac bir abidə kimi elan edilmiş yeganə canlı obyektdir[1].

Hazırkı vəziyyəti[redaktə | mənbəni redaktə et]

General Qrant hazırda General Şermandan sonra dünyada ikinci ən böyük ağacdır. Əvvəllər ağacın 2000 yaşında olduğu düşünülsə də, indi 1650 yaşında olduğu təxmin edilir[2].

Ağacın ölçüləri[3]
Hündürlüyü 81,5 m
Gövdəsinin diametri 32,8 m
1,4 m hündürlükdə gövdəsinin diametri 8,8 m
18 m dündürlükdə gövdəsinin diametri 5,0 m
55 m hündürlükdə gövdəsinin diametri 3,9 m
Gövdəsinin həcmi 1.320 m³

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. National Park Service. "Sequoia and Kings Canyon National Parks Information Page". 2012-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-03-06.
  2. Fischer, Douglas. "Nation's Christmas tree aged 1,650 General Grant in Kings Canyon National Park no young whippersnapper". Oakland Tribune. 2003-12-08. 2012-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-26.
  3. Sequoia National Forest Association // o Find the Biggest Tree (naməlum dil). Flint, Wendell D. 1987. səh. 94.

Mənbə[redaktə | mənbəni redaktə et]