Gennadi İosifoviç Udovenko (ukr. Геннадій Йосипович Удовенко) — ukraynalı siyasətçi.
Gennadi Udovenko | |
---|---|
ukr. Геннадій Йосипович Удовенко | |
| |
Ukrayna Xarici İşlər naziri[d] | |
5 aprel 1994 – 17 aprel 1998 | |
Əvvəlki | Anatoli Zlenko |
Ukraynanın xalq deputatı[d] | |
12 may 1998 – 14 may 2002 | |
Ukraynanın xalq deputatı[d] | |
14 may 2002 – 21 may 2005 | |
Ukraynanın xalq deputatı[d] | |
25 may 2006 – 23 noyabr 2007 | |
1997 – 1998 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 iyun 1931[1] |
Doğum yeri | |
Vəfat tarixi | 12 fevral 2013[1] (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, diplomat |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Gennadi İosifoviç Udovenko 1931-ci ildə Ukraynada, Kiyev şəhərində anadan olub. 1954-cü ildə Kiyev Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. Müxtəlif illərdə Ukraynanın Tikinti Sənayesi Nazirliyində nazirin katibi və Nazirliyin kollegiyasının katibi, Kiyevətrafı rayonlardan birində kolxoz sədri, Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi qurumlar bölməsində məsləhətçi, I katib, sonra həmin bölmənin rəisi, xarici işlər nazirinin müavini (1980–85) vəzifələrində çalışıb. Eyni zamanda, sovet hakimiyyəti illərində əvvəlcə BMT–nin Cenevrədəki katibliyinin, sonra bu qurumun Nyu–Yorkdakı katibliyinin əməkdaşı, Ukraynanın BMT–dəki fövqəladə və səlahiyyətli səfiri, qurumun Nyu–Yorkdakı katibliyində Ukraynanın daimi nümayəndəsi olub. 1991–1992-ci illərdə yenə də XİN–də nazir müavini, BMT–nin Nyu–York katibliyində Ukraynanın daimi nümayəndəsi təyin edilib. 1994–1998-ci illərdə XİN rəhbəri olub və ölkəsini müxtəlif beynəlxalq təşkilatlarda təmsil edib. Üçüncü və dördüncü çağırışlarda xalq deputatı seçilib. Prezident yanında insan haqları, milli azlıqlar və beynəlxalq münasibətlər komitəsinin rəhbəridir.