Genuya mayakı (it. faro di Genova, ancaq sadəcə Lanterna adlandırılır)— Genuya limanının əsas mayaklarından biri. Ətraf ərazilərdə gecə dənizçiliyi üçün mühüm yardımı olmaqla yanaşı, mayak Genuya şəhərinin tarixi simvolu rolunu oynayır. 76 metr hündürlüyə malik olan bu mayak dünyanın beşinci ən hündür mayakı olmaqla bərabər, daş hörgüsü ilə tikilmiş ikinci ən hündür mayakdır. 1902-ci ildə İle Viergedə mayakın tikilməsinə qədər 1543-cü ildən bəri dünyada ən hündür mayak idi. Üzərində inşa edildiyi təbii qaya ilə birlikdə ümumi hündürlüyü 117 metrdir.
Lanterna | |
---|---|
| |
Ölkə | |
Su hövzəsi | Liquriya dənizi |
Yerləşir | Genuya, İtaliya |
Koordinatlar | 44°24′16″ şm. e. 8°54′17″ ş. u.HGYO |
Yandırılma ili | 1543 (hazırkı qala)[1] |
Tikilmə tarixi | 1128 (bəzi mənbələrdə 1161) |
Tikinti materialı | daş |
Forması | İki kvadrat prizma |
Əlamət | Rənglənməmiş, aşağı mərtəbəsində şəhər üçün silah saxlanılır; fənəri qırmızı-ağ |
Hündürlüyü | 76 m |
Diapazon |
əsas: 25 dəniz mili (46 km) ehtiyat: 18 dəniz mili (33 km) |
İşıq xarakteristikası | hər 20 saniyədən bir 5 saniyə yanan iki ağ işıq[1] |
Admirallıq nömrəsi | E1206 |
MCMKA nömrəsi | 7568 |
HRMC nömrəsi | ITA-177 |
İtaliya nömrəsi | 1569 E.F [2] |
İdarəedici agent | İtaliya Hərbi Dəniz Qüvvələri |
Vikianbarda əlaqəli mediafayllar |
Mayak hər biri terraslarla bağlanmış iki kvadrat hissədən inşa edilib. Bütün bu struktur işıq saçan fənərlə tamamlanır. [1] Keçmiş mayakın 1543-cü ildə dəyişdirilməsi ilə özünün indiki formasında yenidən qurulub və İspaniyanın La Korunya şəhərində yerləşən Herkules qülləsi[ing.] və Estoniyanın Hiyumaa adasında yerləşən Kıpu mayakından sonra dünyanın ən qədim üçüncü mayakıdır.