Kıpu mayakı (est. Kõpu tuletorn) və ya Daqerortski mayakı (isv. Övre Dagerort, alm. Leuchtturm von Dagerort) — Estoniyanın Hiyumaa adasındakı mayak. Baltikyanı ölkələrin ən qədim mayakı (əvvəllər Rusiya İmperiyası və SSRİ) və dünyanın ən qədimlərindən biridir[1][2]. Dəniz səviyyəsindən mayak zirvəsinə qədər ümumi hündürlüyü 102 metrdir.
Kıpu mayakı | |
---|---|
| |
Ölkə | |
Su hövzəsi | Baltik dənizi |
Yerləşir | Hiyumaa, Estoniya |
Koordinatlar | 58°54′57″ şm. e. 22°12′01″ ş. u. |
Tikilmə tarixi | 1531 |
Tikinti materialı | daş |
Hündürlüyü | 36 |
Diapazon | əsas: |
Vikianbarda əlaqəli mediafayllar |
1490-cı illərdə Hansa Liqası Yepiskopu III Oesel İohanna gəmiləri bədnam Neckmansqrund rifinə yaxınlaşmaq barədə xəbərdar etmək üçün mayak tikmək tapşırığı verir. Mayak 1504-1540-cı illər arasında Daqo adasının qərb hissəsindəki təpənin üstündə tikilmişdir[3]. Bu dörd dayaqlı nəhəng bir daş qüllədir. Quruluşun hündürlüyü təxminən 20-24 metr idi. 17-ci əsrin ortalarında, torpaqlarında mayak olan İsveç feldmarşalı Delaqardi onu 36 metrə qədər hündürləşdirir.
Mayak mövcud olduğu müddətdə ondakı alovu daimi təmin etmək üçün onu əhatə edən meşə qırılıb və ağaclar mayaka qaldırılaraq alovun təminatında istifadə olunub. 1766-cı ildə Delaqardinin varisliyi qrafinya Stenboka, 1792-ci ildə isə mayakın saxlanması üçün hökumətdən 5000 gümüş rubl məbləğində subsidiya tələb edən baron Unqern-Şternberqə keçir. Subsidiya nizamsız olaraq ödənildiyi üçün baron mayakın işini dayandırmağı əmr edir.
Mayak fəaliyyət göstərdiyi müddətdə işıqlandırma sistemi bir neçə dəfə yenidən təchiz edilmişdir: odun, qatran, kömür, çətənə yağı, ağ neft fitili, asetilen və elektrik (avtonom) işıqlandırma. 1805-10-cu illərdə neft işıqlandırmasına keçməsi ilə əlaqədar yuxarı pillə yenidən qurulur. 1883-cü ildə mayak teleqraf ehtiyacları üçün uyğunlaşdırılır. 1970-ci ildə ona elektrik xətti çəkilir. Mayak 1957, 1982, 1989-90-cı illərdə bərpa olunub.