Georgi Vasilyeviç Şeqlov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1970–1987), Azərbaycan SSR meşə və ağac emalı sənayesi (1968–1970) və meşə, sellüloz-kağız və ağac emalı sənayesi (1965–1968) naziri.
Georgi Şeqlov | |
---|---|
rus. Георгий Васильевич Щеглов | |
24 noyabr 1970 – 9 aprel 1987 | |
Sədr | Əli İbrahimov Həsən Seyidov |
8 dekabr 1968 – 24 noyabr 1970 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Armik Karamyan |
20 oktyabr 1965 – 25 oktyabr 1968 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1918 |
Partiya | |
Təhsili | |
|
|
Təltifləri |
Georgi Vasilyeviç Şeqlov 1918-ci ildə qulluqçu anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.[1]
Georgi Şeqlov əmək fəaliyyətinə 1936-cı ildə hesabdar kimi başlamış, 1942-ci ildən 1950-ci ilədək Azərbaycan SSR Yerli Sənaye Nazirliyi 2 nömrəli zavodunun sex rəisi, baş mühəndisi, nazirlik şöbəsi rəisinin müavini, rəisi vəzifələrində işləmişdir. 1951–1956-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti aparatında qrup rəisi, 1956-cı ildən Azərbaycan Sənət Kooperasiyası Şurası sədrinin müavini, Azərbaycan SSR Nazirlər Soveti sədri katibliyinin müdiri olmuşdur.[2]
1963–1965-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası sədrinin müavini işləyən Georgi Şeqlov 1965–1970-ci illərdə Azərbaycan SSR meşə və ağac emalı sənayesi, 1970-ci ildən isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur.[3]
Georgi Şeqlov 1966–1971-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təftif Komissiyasının üzvü, 1971-ci ildən isə Mərkəzi Komitənin üzvü olmuşdur.[4] O, Azərbaycan SSR Ali Sovetinin beş çağırış (7–11) deputatı seçilmişdir.[2]