Armik Karamyan

Armik Aleksandroviç Karamyan (erm. Արմիկ Ալեքսանդրի Քարամյան; 3 avqust 1918, Kerkibilinmir) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR meşə və ağac emalı sənayesi naziri (1971–1972).

Armik Karamyan
erm. Արմիկ Ալեքսանդրի Քարամյան
bayraq
Azərbaycan SSR meşə və ağac emalı sənayesi naziri
bayraq2
24 may 1971 – 23 avqust 1972
ƏvvəlkiGeorgi Şeqlov
SonrakıAleksandr Ayriyan
Şəxsi məlumatlar
Doğum tarixi 3 avqust 1918(1918-08-03)
Doğum yeri
Vəfat tarixi bilinmir
Partiya
Təhsili
Hərbi xidmət
Döyüşlər
Rütbəsi kapitan
Elmi fəaliyyəti
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri namizədi

Təltifləri 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "İgidliyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Armik Aleksandroviç Karamyan 1918-ci ildə Buxara əmirliyinin (hazırda Türkmənistan) Kerki şəhərində kəndli ailəsində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geologiya-kəşfiyyat fakültəsinə daxil olmuş, 1934-cü ildən Lenin komsomolu fəalı olmuşdur. Böyük Vətən müharibəsinin başlanğıcında Sovet Ordusu sıralarınanda hərbi xidmətə çağırılmış və 1943-cü ildə hərbi topçular məktəbini bitirərək 1945-ci ilədək müharibə cəbhələrində vuruşmuşdur.[1]

Müharibədən sonra Armik Karamyan Bakıya qayıdaraq Azərbaycan Sənaye İnstitutunda diplomunu müdafiə etmişdir. 1946–1950-ci illərdə "Orconikidzeneft" idarəsinin mədənlərində baş geoloq vəzifəsində çalışmış, eyni zamanda buradakı ilk partiya təşkilatının katibi olmuşdur. 1950-ci ildə partiya işlərində irəli çəkilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, sonralar isə neft sənayesi şöbəsi rəisinin müavini vəzifələrində işləmişdir. 1952–1953-cü illərdə Azərbaycan KP Bakı Vilayət Komitəsinin ağır sənaye şöbəsinin müdiri olmuş, 1953-cü ildə Azərbaycan KP Bakı Komitəsinin neft sənayesi şöbəsinin rəisi, 1954-cü ildə isə bu komitənin katibi seçilmişdir.[1]

Armik Karamyan 1963–1971-ci illərdə Bakı Şəhər Xalq Nəzarəti Komitəsinin sədri, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi sədrinin müavini olmuşdur. 1971-ci ilin may ayından 1972-ci ilin avqust ayınadək Azərbaycan SSR meşə və ağac emalı sənayesi naziri vəzifəsində işləmişdir.[2]

Armik Karamyan 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin dörd çağırış (5–8-ci çağırışlar) deputatı seçilmişdir.[2] Müharibə cəbhələrində fərqləndiyinə görə 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri, "Qırmızı ulduz" ordenimedallarla təltif edilmişdir.[1]

  1. 1 2 3 Армик Александрович Карамјан // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 49.
  2. 1 2 Карамјан Армик Александрович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 187.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]