Əli İsmayıl oğlu İbrahimov (1 (14) oktyabr 1913, Üst-Kara[d] – 16 fevral 1990, Bakı) — sovet partiya və dövlət xadimi, 1970–1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri, 6–10-cu çağırış SSRİ Ali Sovetinin deputatı, Sovet İttifaqı Kommunist Partiyası MK üzvlüyünə namizəd (1971–1981).
Əli İbrahimov | |
---|---|
10 aprel 1970 – 22 yanvar 1981 | |
Əvvəlki | Ənvər Əlixanov |
Sonrakı | Həsən Seyidov |
23 oktyabr 1965 – 10 aprel 1970 | |
Əvvəlki | Əsgər Orucov |
Sonrakı | İsmayıl İbrahimov |
Zaqafqaziya iqtisadi rayonu Plan Komissiyasının sədri | |
1963 – 1965 | |
Azərbaycan SSR Dövlət Plan Komissiyasının sədri | |
27 may 1950 – 18 aprel 1953 | |
Əvvəlki | Musa Əliyev |
Sonrakı | Həsən Seyidov |
9 mart 1954 – 13 aprel 1964 | |
Əvvəlki | Həsən Seyidov |
Sonrakı | Mikayıl Allahverdiyev |
Azərbaycan SSR Dövlət Plan Komissiyası sədrinin birinci müavini | |
18 aprel 1953 – 9 mart 1954 | |
Sədr | Həsən Seyidov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 (14) oktyabr 1913 |
Doğum yeri | |
Vəfat tarixi | 16 fevral 1990 (76 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Əli Ibrahimovun baba və nənələri 1860–1870-ci illərdə Sibirə sürgün edilmişdir. İnqilabi hərəkatda iştirak edən atası İsmayıl kişi 1919-cu ildə ağqvardiyaçılar tərəfindən öldürülmüşdür.
Əli İbrahimov Rusiya imperiyasının Zabaykal vilayətindəki Nerçinsk-Zavodsk mahalının Üst-Kara kəndində kəndli ailəsində dünyaya gəlmişdir. Atası və anası da Sibirdə doğulmuş və orada yaşamışlar. Orta təhsilini kənd məktəbində alan Əli 1929-cu ildə buranı bitirmiş və elə həmin il ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Bakıda o, Bakı mexaniki texnikumuna daxil olmuş və 1932-ci ildə buranı texnik-mexanik peşəsi ilə bitirərərk Leytenant Şmidt adına zavodda əmək fəaliyyətinə başlamışdır.
1932–1937-ci illərdə Azərbaycan Sənaye İnstitutunun "Mexanika" fakültəsində təhsil almış və buranı mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. 1938–1940-cı illərdə sovet ordusunun Sakit okean donanmasın hərbi xidmət keçmişdir. 1941–1943-cü illərdə 1 May adına Bakı maşınqayırma zavodunda baş mühəndis, 1943–1945-ci illərdə Kirov adına Bakı qazma dəzgahları zavodunda direktor olmuşdur.
1945–1946-cı illərdə Bakı Partiya Komitəsi katibinin maşınqayırma sənayesi üzrə müavini, 1946–1948-ci illərdə "Azneftmaş" trestinin rəhbəri vəzifələrində çalışmışdır.
1948–1950-ci illərdə Əli İbrahimov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi katibinin müavini, sənaye və nəqliyyat şöbəsinin müdiri olmuşdur. 1950–1953-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Plan Komissiyasının sədri, 1953–1954-cü illərdə respublika Dövlət Plan Komitəsi sədrinin birinci müavini, 1954–1964-cü illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri, 1963–1965-ci illərdə Zaqafqaziya iqtisadi rayonunun Plan Komissiyasının sədri, 1965–1970-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.
1970–1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinə sədrlik etmiş və SSRİ Nazirlər Sovetinin üzvü olmuşdur. 1981-ci ilin yanvarında təqaüdə çıxmışdır.
Dəfələrlə Azərbaycan Kommunist Partiyası MK və Sovet İttifaqı Kommunist Partiyası MK üzvlüyünə namizəd, Azərbaycan Kommunist Partiyası MK və bürosunun, Azərbaycan Ali Soveti rəyasət heyətinin üzvü, plenum, konfrans və qurultayların nümayəndəsi, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
4 dəfə "Lenin" ordeni, 3 dəfə "Qırmızı əmək bayrağı" ordeni və müxtəlif medallarla təltif olunmuşdur.
Atası Məşədi İsmayıl Bəylər oğlu Behbudov — 1880-ci ildə Çita vilayətinin Ust-Karsk şəhərində anadan olmuşdu. Əslən Füzuli rayonunun Aybasanlı kəndindəndir. O, gimnaziyada oxumuş, sonra Dağ-mədən Akademiyasına qəbul olmuşdu. Akademiyanı tamamlayandan sonra qızıl mədənlərində çalışmışdı. O, 1903-cü ildə doğma kəndinə baş çəkmiş, qohum-əqrəbası ilə görüşmüşdü. Buradan Xorasana yollanmış, Məşədi-müqəddəsi ziyarət etmişdi. Ziyarətdən sonra Çita vilayətinə dönmüşdü. Məşədi İsmayıl Arəstə xanımla ailə qurmuşdu. Əli adlı oğlu, Leyla xanım və Bilqeys adlı qızları vardı[1].