Georgi Kaloyev

Georgi Aleksandroviç Kaloyev (7 noyabr 1916, Vesyoloe[d]22 aprel 1987, Orconikidze) — Sovet zabiti, Böyük Vətən müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı. Müharibə illərində 100-cü Qvardiya Atıcı Diviziyasının 302-ci Mühafizə Atıcı alayının batalyon komandiri, müharibədən sonrakı illərdə o, 381-ci və 350-ci Qvardiya Paraşüt alaylarının komandiri olub.

Georgi Kaloyev
Georgi Aleksndroviç Kaloyev
Şəxsi məlumatlar
Doğum tarixi 7 noyabr 1916(1916-11-07)
Doğum yeri
Vəfat tarixi 22 aprel 1987(1987-04-22) (71 yaşında)
Vəfat yeri
Hərbi fəaliyyəti
Qoşun növü Rusiya Federasiyasının hava-desant qoşunları
Xidmət illəri 1939—1973
Rütbəsi polkovnik
Döyüşlər Böyük Vətən müharibəsi
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni

Georgi Kaloyev 1916-cı il noyabrın 7-də Şimali Osetiyanın Mozdok rayonunun Vesyolaya (indiki Vesyoloe kəndi) kəndində anadan olub. İki yaşında ata və anası tif xəstəliyindən vəfat etdiyindən yetim qalmışdı. Vladiqafqazda (o vaxt Orconikidze) uşaq evində tərbiyə alıb, sonra Pedaqoji İnstitutunda, ardınca Orconikidze Piyada Məktəbində təhsil alıb. Piyada Məktəbini bitirdikdən sonra Buynaksk şəhərindəki piyada məktəbində xidmət etmiş, burada kadet batalyonunun təlim bölməsinin rəisi olmuşdur.

Böyük Vətən müharibəsinin başlayanda o, məktəbdə çalışırdı. Kaloyev müharibənin ilk günlərindən cəbhəyə getməyə can atırdı. Lakin onun bütün tələblərinə rədd cavabı gəlirdi. Çünki yeni kursantlara dərs vermək lazım idi.

Sonda onun istədiyi oldu. 1942-ci ilin dekabrından Georgi Kaloyev döyüş bölgəsində xidmət edirdi. Onun əsas vəzifəsi düşmənə maksimum ziyan vurmaq idi. O, Mozdokdan taxıl ixracına mane olmalı olan təxribat dəstəsinin komandiri təyin edildi. Komanda tapşırığını uğurla yerinə yetirdiyinə görə o, Qırmızı Ulduz ordenikapitan rütbəsi ilə təltif edilmişdir.[1]

Sonra xüsusi təyinatlı hava-desant bölüyünə komandirlik etmişdir. Zaqafqaziya, Şimali Qafqaz, Kareliya, 3-cü Ukrayna cəbhələrində döyüş yolu keçmişdir.[2]

Müharibə zamanı Georgi Kaloyev 1942-ci ildə Qafqazın Mozdok şəhəri yaxınlığında kəşfiyyat-diversiya qruplarında, Novorossiysk vilayətində "Amfibiya" əməliyyatında, Malaya Zemlyada döyüşlərində, təlim batalyonunda kiçik rütbəli komandirlərin hazırlanmasında xüsusi xidmətlər göstərmişdir. O, 1943–1944-cü illərdə Kareliyada döyüşlərdə, Yassı-Kişinev əməliyyatında və 1944-cü ildə Rumıniyanın azad edilməsində, Macarıstanda, 1945-ci ildə Avstriyada gedən döyüşlərdə, Vyananın azad edilməsində iştirak etmişdir.[2]

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

Müharibədən sonra Kaloyev hava-desant qoşunlarında xidmət etməyə davam etdi, 1948-ci ildə Hava-Dəniz Qüvvələrinin Ali Zabit Kurslarını, 1956-cı ildə — "Atış" kurslarını bitirdi. 1954–1960-cı illərdə 381-ci, sonra 350-ci paraşütçü alaylarının komandiri oldu. 1973-cü ildə polkovnik rütbəsi ilə təqaüdə çıxıb və Vladiqafqazda yaşamışdır.

Georgi Aleksandroviç 22 aprel 1987-ci ildə Vladiqafqaz şəhərində vəfat edib. O, Vladiqafqazda Şöhrət Xiyabanında dəfn olunub. Onun məzarı federal mədəni irs siyahısına daxildir.

Georgi Kaloyev Lenin ordeni (28.04.1945), 1-ci (04.06.1985) və 2-ci (17.04.1943) dərəcəli "Vətən müharibəsi" ordeniləri, "Qırmızı Ulduz" ordeni (11.05.1943) ordeni ilə təltif edilmiş, "Şərəf nişanı" ordeni (30.10.1967) və müxtəlif medallar almışdır.[2]

Müharibədə qəhrəmanlığı

[redaktə | mənbəni redaktə et]

Georgi Aleksandroviç Kaloyev 1945-ci ilin aprelində Vyananın azad edilməsi zamanı döyüşlərdə ona həvalə edilmiş batalyonun hərəkətlərini məharətlə təşkil etdi. 1945-ci il aprelin 5-də gecə vaxtı batalyon Vyana şəhərinin kənarında, Viener Neudorfda düşmən qarnizonunu darmadağın edərək yüzə yaxın faşisti məhv etdi. Bir aviasiya zavodunu və 25 döyüş təyyarəsini ələ keçirdi.

1945-ci il aprelin 11-də Kaloyevin batalyonu Vyanaya soxularaq küçə döyüşlərində 600-ə qədər nasisti məhv etdi. Su kanalını keçdi və plasdarmı ələ keçirdi ki, bu da diviziyanın döyüş əməliyyatlarının uğuruna töhfə verdi.

  • Doğma kəndindəki küçələrdən biri, eləcə də bu kəndin orta məktəbi Georgi Kaloyevin adını daşıyır.
  • 100-cü qvardiya hava-desant diviziyasının formalaşmasının keçirildiyi Ramenskoye şəhərində Kaloyevin Qəhrəman-Desantlarının şərəfinə bir küçə adlandırılıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]