Mozdok rayonu

Mozdok rayonu (oset. Мæздæджы района) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Mozdok şəhəridir.

Mozdok rayonu

43°45′ şm. e. 44°39′ ş. u.


Ölkə
İnzibati mərkəz Mozdok
Tarixi və coğrafiyası
Yaradılıb 2 iyun 1924
Sahəsi
  • 1.080 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 82.698 nəf. (2023)[1]
Rəsmi sayt
Mozdok rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mozdok rayonu respublikanın şimalında, Terek çayının hər iki sahili boyunca uzanır. Rayonun ümumi sahəsi — 1071,12 km².

Qərbdə Kabarda-Balqariyanın TerekProxladnenski rayonları, şimalda Stavropol vilayətinin Kursk rayonu, şərqdə Çeçenistanın Nadterek rayonu, cənub-şərqdən İnquşetiyanın Malqobek rayonu, cənubdan isə Şimali Osetiyanın KirovPravoberejnı rayonları ilə həmsərhəddir.

Zonallıq üzrə rayon iki hissəyə bölünür — düzənlik və alçaq dağlıq. Rayonun şimal hissəsini əsasən düzənliklər əhatə edir. Terekçayının sol sahili boyunca ərazilərdə orta hündürlük dəniz səviyyəsindən 120-150 metr əraziləri əhatə edir. Terek çayının sağ sahilinə yaxın ərazi boyunca qərbdən şərqə doğru silsilə uzanır. Rayonun mərkəzi hissəsindən Terek silsiləsi keçir ki, onunda maksimal hündürlüyü 400 metrdir. Rayonun cənubu istiqamətdən keçən Kabardin-Suja silsiləsinin isə maksimal hünddürlüyü 800 metrdir.

Rayonun hidroloji şəbəkəsi əsasən Terek və onun qolu olan Kurp üzərində qurulmuşdur. Rayon ərazisi çoxlu sayda kanallara sahibdur:Lenin adına Terek-Kum kanalı, Malokabardin kanalı, Nadterek kanalı, Qızılyar kanalı.

Mozdok qəzası

1785-ci ildə təşkil olunan Qafqaz vilayəti təşkil olunur. Bu vilayətə 6 qəza daxil edilir. Onlardan biridə mərkəzi Mozdok olan Mozdok qəzasıdır.

1822-ci ildə Qafqaz əyaləti əvvəlki sərhədlərini dəyişdirmədən vilayət adlandırıldı və Stavropol vilayətin mərkəzi təyin edildi.

1827-ci ildə Mozdok bir qəzaya çevrildi.

1847-ci ildə imperator I Nikolayın fərmanı ilə Qafqaz vilayəti Stavropol əyaləti adlandırıldı. Mozdok qəzası Stavropol əyalətinin tərkibindən şıxarıldı. Əyalət ərazisinin bir hissəsi, Mozdok ilə birlikdə Pyatiqorsk qəzasına daxil edildi.

29 noyabr 1866-cı il Mozdok şəhəri Stavropol əyalətindən Terek vilayətinə verildi[2]

1921-ci ildə Terek vilayəti Terek quberniyasına çevrilir. Bu zaman quberniyanın tərkibinə 5 qəza daxil olur: Qeorqievsk, Qızılyar, Mozdok, Pyatiqorsk və Svyatokrestovı.

Mozdok rayonu

2 iyun 1924-cü ildə Terek vilayəti ləğv edilir və razisində mərkəzi Pyatiqorsk olan Terek dairəsi və mərkəzi Mozdok olan Mozdok rayonu təşkil edilir.

1930-1937-ci illərdə rayon Şimali Qafqaz diyarının tərkibinə daxil olur. Diyarın adı 1937-ci ildə Ojərjonikidze, 1943-cü ildə isə Stavropol diyarı olaraq adlandırılır.

Rayon müasir sərhədlərini 1944-cü ildə alır. Bu zaman Stavropol vilayətindən Mozdok rayonu Şimali Osetiya MSSR, Kur rayonu Kabarda-Balkariya MSSR, Malqobek rayonu isə Çeçen-İnquş MSSR-na verilir.

Urbanizasiya

Şəhər şəraitində rayon əhalisinin 47,78 % yaşayır.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
ruslar 42 296 49,95 %
qumuqlar 15 732 18,58 %
osetinlər 8 430 9,95 %
ermənilər 2 807 3,31 %
türklər 2 639 3,12 %
kabardinlər 2 114 2,50 %
çeçenlər 2 008 2,37 %
qaraçılar 1 492 1,76 %
inquşlar 1 324 1,56 %
koreyalılar 1 066 1,26 %
ukraynalılar 900 1,06 %
digərləri 3 043 3,59 %
milliyyətini bildirməyənlər 831 0,99 %
ümumi 84 682 100,0 %


Cins tərkibi

2010-cu il məlumatına əsasən[4]:

yaş kişi,
nəf.
qadın,
nəf.
ümumi say,
nəf.
Ümumi əhaliyə
nisbəti, %
0 — 14 yaş 9 174 8 465 17 639 20,83 %
15 — 59 yaş 26 022 27 458 53 480 63,15 %
от 60 yaş 4 688 8 873 13 561 16,02 %
bildirməyənlər 2 0 2 0,002 %
ümumi 39 886 44 796 84 682 100,0 %

Kişilər — 39 886 nəf. (47,1 %). Qadınlar — 44 796 nəf. (52,9 %).

Əhalinin orta yaşı: 36,1 yaş. Kişilərin orta yaşı: 33,1 yaş. Qadınların orta yaşı: 38,8 yaş.

Rayon ərazisində neft və qaz kəmərləri, neft anbarları, yanacaqdoldurma məntəqələri, yanacaq-sürtkü anbarları mövcuddur.

Mozdok şəhərinin yaxınlığında Mozdok Hərbi Hava Qüvvələri Aerodromu və bir neçə hərbi hissə fəaliyyət göstərir.

Kənd təsərrüfatı Mozdok rayonu Şimali Osetiyanın əsas qazanc gətirən yerlərindən biridir. Bölgənin kənd təsərrüfatına cəlb olunan sahəsi 83,974 ha, bunun da 69,289 ha əkin sahələridir. Burada arpa, buğda, sənaye bitkiləri əkirlir. Özəl sektorda əsasən tərəvəz yetişdirilir: digər bölgələrə ixrac olunan pomidor, xiyar, soğan.

Rayonda 4 KTA (Kəndli Təsərrüfatı Asossasiyası), 7 kolxoz, 5 sovxoz, 1 ASC, 2 kənd təsərrüfatı elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərir.

30 ictimai kitabxana,

2 uşaq kitabxanası,

12 uşaq bağçası,

35 orta ümumtəhsil məktəbi,

Ümumtəhsil internat məktəbi,

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün internat-məktəb,

3 musiqi məktəbi,

1 rəssamlıq məktəbi,

4 idnan məktəbi,

Aqrar-Sənaye Texnikumu,

Moskva İqtisadiyyat və Hüquq Akademiyası (Mozdok filialı),

Mozdok Mexaniki-Texnoloji texnikumu,

Mədəniyyət sarayı (Mozdok),

Uşaq Yaradıcılıq Evi (Mozdok).

Mozdok Diyarşünaslıq Muzeyi.

Qumuq Dram Teatrı.

2 Kinoteatr.

Rəssamlıq qalereyası.

Rayon ərazisində avtomobil şəbəkəsi yaxşı inkişaf etmişdir. Ərazidən Şimali Qafqaz dəmiryolu keçir. Demək olar ki, Mozdok şərq-qərb yolunun üzərində, nəqliyyat qovşağında yerləşir.

  1. https://rosstat.gov.ru/storage/mediabank/Bul_MO_2023.xlsx (rus.). 2023.
  2. "Ставкомархив" (PDF). 2021-12-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-16.
  3. "Том 4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
  4. "Том 2. Возрастно-половой состав и состояние в браке". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-16.